• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

BİLMƏLİYİK...

BİLMƏLİYİK...

  • Paylaşın:

Burada qayda pozan neçə sürücü var?

Qarşınızda adi bir yolayırıcıdır. Zolaqlar üzərində hərəkət edən sürücülər müvafiq istiqamətdə hərəkət edirlər. Zolaqlarında işarə olmayan sürücülər təbii ki, getmir və növbələrini gözləyirlər. Və sualımız belədir: Burada neçə qayda pozan var?
Tramvay yolları yolla eyni səviyyədədir. Tramvay yolu olmayan 4 zolaqlı yola hərəkət istiqaməti zolaqlar üzrə müəyyən edilib.

Gəlin, hər bir sürücünü ayrıca təhlil edək.

1 nörmrəli sürücü:

Cərimələnməyə ilk namizəd. Təbii ki,1.18 xətti ilə hərəkət etməyə ona 5 nömrəli avtomobil mane olur. Amma bu o demək deyil ki, qaydanı pozmaq lazımdır. Axı 1.18 nişanlanması hansı istiqamətdə getmək lazımdır ona işarə verir.

2 nömrəli sürücü:

Bir qədər qəribə dönmə olmasına baxmayaraq, burada qayda pozuntusu yoxdur.Geriyə dönmə icazə verilən siqnalda və yolayrıcından kənarda baş verir. Burada əsas şərt qarşıdan gələn avtomobili buraxmaqdır.

3 nömrəli sürücü:

Daha bir qayda pozan sürücü. Bu sürücü sola dönmək istəyir. Svetoforun qadağanedici siqnalında dayanıb. Bu tıərəfdən qaydanı pozmur. Lakin o, bunu yolun bu hissəsində etməli deyildi. 1.18 zolaqlar üzrə hərəkət nişanı olmadığına görə, sürücü sola tramvay xəttinin üzərindən dönməlidir.

4 nömrəli sürücü:

Qaydalara uyğun hərəkət edir.

5 nömrəli sürücü:

Svetoforun icazə verən siqnalında düzgün istiqamətdə dönür. Dönməni tam qaydalara uyğun edir.

Beləliklə, 1 və 3 nömrəli sürücü qayda pozmaq üzrə "ixtisaslaşıblar".

Mənbə: http://avtostop.tv

Qarşı yol yoxsa yol çiyni? Hansı halda cərimə edilməyəcəksiniz

Sürücüləri çıxılmaz vəziyyətə salan yol şəraitləri haqqında yazılarlımızı davam etdiririk. Bu dəfə nasaz nəqliyyat vasitəsini hansı üsulla üstələmək olar ondan danışırıq.

Belə bir situasiyanı təsəvvür edək. Yolla gedirsiniz, getdiyiniz yol isə hər tərəfə bir istiqamətdən ibarət olan 2 zolaqlı yoldur. Bu zaman qarşınızda nasaz yük avtomobili görürüsünüz. Yolun bu hissəsində isə ötmək qadağandır nişanı var. Bəs bu halda nə etməli?

Yük avtomobilinin sürücüsü hər şeyi düz edib: qəza-durma işıq siqanlını qoşub və qəza-durma nişanını quraşdırıb. Zolaq o qədər dardı ki, onu tərk etmədən hərəkət etmək mümkün deyil. Siz tərəfdə qırıq xətt, əks istiqamətdə isə bütov xətt çəkilib. Nasaz avtomobilin yanında isə ötmək qadağandır nişanı var. 60 manat, 3 bal cərimə balı qazanmamaq üçün nə etmək lazımdır ?

Burada ilk olarq onu bildirmək lazımdır ki, 3.20 (ötmək qadağandır) nişanının olmasına baxmayaraq, siz burada əks istiqamətli yola çıxa bilərsiniz. Çünki qanuna əsasən “ötmə” hərəkətdə olan nəqliyyatv vasitisənin hərəkət zolağını dəyişməklə üstələməyə deyilir. Yəni bu vəziyyətin ötmə sayılması üçün hər iki nəqliyyat vasitəsinin hərəkət etməsi lazımdır.

Bu situasiya ötmə deyil, yandan keçmə sayılır. Axı qanuna əsasən "maneə": hərəkət zolağında olan tərpənməz (avtomobil,hərəkət hissəsinin nasaz yeriləri, kənar əşyalar) əşyalar hesab edilir.

Əks yola çıxıb çıxmamağın icazəsi üçün mütəq nişanlama xəttinə baxmaq lazımdır. İndiki situasiyada bu 1.11 nişanlanma xəttidir. Bu nişanlama xətti əks istiqamətli nəqliyyat axınını ayırmaq üçün nəzərdə tutulub. Və qırıq xətt olan hissəsədn xətti kəsib keçməyə icazə var. Həmçinin qanuna əsasən 1.11 xəttini məhz qırıq xətt olan hissədən kəsib keçməyə, ötməni bitirdikdən sonra isə bütöv xəttən geriyə qayıtmağa icazə var. Bu halda qayda pozuntusu nəzərdə tutulmayıb. O ki, qaldı yol çiyninə.... Qanuna əsasən yol çiyni ilə hərəkət qadağandır.


Mənbə: http://avtostop.tv

Yol kimindir? (qanunla izah)

Yolayrıcını keçmək belə baxadna problem deyil. Sadəcə svetofora baxırsan, nişanlara diqqət edib yoluna davam edirsən. Amma diqətli olsaq görərik ki, bir çoxları bəzi nüansları diqqətdən kənarda saxlayıblar. Daha mürəkkəb vəziyyətdə sürücülər bir çox halda çaşıb qalırlar.

Qarşımızda T şəkilli yolayrıcıdır. Və burada tramvay yolu da var. Tramvay və yük avtomobişli baş yolla hərəkət edirlər. Onlara əks istiqamətdə (həmin baş yolda) yol təssərüfat avtomobili sayrışan işıqları yandırmaqla gəlir. Sol tərəfdə (tramvay və yuk maşını istiqamətində) ikinci dərəcəli yolla minik avtomobili yaxınlaşır.

İndi isə svetoforun göstəricilərinə diqqət edin. Sizcə yol kimindir?

Tramvay, yük avtomobili və yol xidməti avtomobilləri svetofordakı oxla hərəkət edirlər. Bu ox əlavə seksiyada əsas qırmızı işıqla bərabər yanır. Bu o deməkdir ki, onlar svetoforun əsas yaşıl işığında minik avtomobilinə yol verməlidirlər. 

Yol təssərüfat avtomobilinin sayrışan işığı üstünlük hüququ tanımır və hər hansı təhlükə haqqında xəbərdarlıq etmir. Sarı və ya narıncı rəngli sayrışan işıq bu avtomobillər yalnız aşağıdakı halda qoşula bilər:

  • Tikinti, təmir, yollara baxılması, nasaz avtomobillərin yüklənməsi
  • İriqabariotli yüklərin daşınması, partlayıcı, tezalışan, radioaktiv məhsullar və xüsusi təhlükəli yüklərin daşınması
  • İriqabaritli və təhlükəli yüklərin daşınması zamanı müşayət
  • Velosipedçilərin avtomobil yollarında məşqi zamanı onların müşayət edilməsi

Nəticədə, bu yolayrıcını ilk olaraq minik avtomobili keçəcək.


Mənbə: http://avtostop.tv

Üstünlük nişanları

Üstünlük nişanları yolayrıclarını, yolun hәrәkәt hissәsinin kәsişmәlәrini, habelә әks istiqamәtlәrdә hәrәkәt edәn iki nәqliyyat vasitәsinin eyni zamanda keçmәsinә imkan vermәyәn dar sahәlәrini keçmәk növbәliliyini göstәrir.Üstünlük nişanları başqa qruplardan toplandığına görә vahid forma vә rәng fonuna malik deyildirlәr.




 MƏNBƏ: http://avtostop.az/yol-nisanlari/

BİLİRSİNİZMİ?

















скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN