• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

"BMW" avtomobillərində “Skype” da olacaq

BMW şirkəti “iDrive” multimedia sisteminin imkanlarının funksiyalarını genişləndirdiyini elan edib. İkt.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, xüsusilə cari ilin payızından əyləncəli komplekslərə “Skype” messenceri əlavə ediləcək. Multimedia sisteminə belə bir əlavənin edilməsi avtomobilin içində konfrans rabitədən istifadə etməyə imkan verəcək. Nəzərdə tutulan onlayn görüşlər barədə bildirişlər multimedia sisteminin ekranında görünəcək. Danışıqlara qoşulmaq üçün sürücünün “iDrive” sisteminin coystikini sıxması kifayətdir. 

Qeyd etmək lazımdır ki, “Skype”dan başqa BMW avtomobilləri “Microsoft Exchange” sistemi ilə də təchiz ediləcək. O, təqvimləri, poçt qutusunu və əlaqə nömrələrini mobil cihazlar və kompüterlərlə sinxronlaşdırmağa imkan verəcək. 


скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN