• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Çin sürücüsüz avtomobillərin kütləvi istehsalına başlayacaq

Çin sürücüsüz avtomobillərin kütləvi istehsalına başlayacaq

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Çinin qabaqcıl internet-axtarış sistemi olan "Baidu" şirkətinin baş direktoru Li Yanxun Pekində keçirilən konfransda ilkin olaraq "Kinq Long" markasından olan sürücüsüz minivanların istehsal ediləcəyini bildirib. O, rəhbərlik etdiyi şirkətin avtomobillərin sürücüsüz idarə olunması üçün müvafiq texnologiyaya sahib olduğunu qeyd edib. Artıq uğurlu test yürüşləri də keçirilib. Növbəti mərhələdə Çinin "JAC" və "BAİC" şirkətlərinin avtomobillərində müvafiq texnologiya quraşdırılacaq.

Qeyd edək ki, dünyanın bir çox şirkəti süni intellektin inkişafı istiqamətində sürücüsüz idarə olunan avtomobillərin istehsalı üzərində işləyir. "Baidu" korporasiyası da 2013-cü ildən bu sahədə layihəyə başlayıb. Şirkətin mütəxəssisləri əmindirlər ki, süni intellekt vasitəsilə avtomobillərin idarə olunması mümkündür.

Mənbə: milli.az

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN