• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Avtomobilin qışa hazırlığı - Məşhur usta danışır

Avtomobilin qışa hazırlığı - Məşhur usta danışır

Sürücülər baş verə biləcək qəzarlardan qorunmaq üçün avtomobillərini fəslə uyğunlaşdırmalıdır. Qış mövsümünün yaxınlaşması avtomobillərin qışa hazırlıq məsələsini yenidən gündəmə gətirib. Avtomobil ustası Sahil Ağabəyli qışa hazırlıqla bağlı sürücülərə bir neçə məsləhət verib. Usta bildirib ki, təhlükəsizlik baxımından avtomobilin şinlərinə diqqət etmək lazımdır: “Avtomobilini Bakı şəhərində idarə edən sürücülərin fəsil dəyişikliyi ilə bağlı nəqliyyat vasitəsinin yağını dəyişməyə ehtiyac yoxdur. Hansı yağdan istifadə olunursa, onunla da davam etməlidir. Lakin Quba, Qusar, Naxçıvan kimi soyuq iqlimə malik ərazilərdə sürücülər yağ dəyişikliyi edə bilərlər.

Paytaxt üçün qar təkərlərinin istifadə olunması vacib deyil. Çünki il ərzində Bakıya 3-4 dəfə qar yağır. Qar təkərləri məhz qar yağan zaman istifadə olunduğu üçün sürücülərin bu təkərləri alması o qədər də vacib deyil. İkitərəfli təkərlərdən istifadə daha yaxşı olar”.

 Mənbə: metbuat.az

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN