• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Avtomobillərin qiymətlərində ucuzlaşma gözlənilir - Gələn ay

Avtomobillərin qiymətlərində ucuzlaşma gözlənilir - Gələn ay

Oktyabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də "online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. Avtosfer.az-ın xəbərinə görə, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynovun sözlərinə görə, bazarda təklif artıb, aktivlik isə aşağı düşüb. Ekspert bildirib ki, buna baxmayaraq ay ərzində avtomobil bazarında qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb: "Avtomobil bazarında qiymətləri əsasən avtomobil alqı-satqısı ilə məşğul olanlar tənzimləyir. Aktivlik olanda avtomobil baha satılmır. Hazırda qiymətlər ciddi dəyişməyib”.

Ekspert hesab edir ki, dekabr ayında qiymətlərdə 10 faizə qədər azalma ehtimalı var. O qeyd edib ki, avtomobil satanlar bayram ərəfəsində bir az ucuz da olsa, avtomobilini satmağa çalışacaq və bu baxımdan da qiymətdə azalma müşahidə ediləcək.

http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN