• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bu küçədə sola dönməyin - Kamera çəkir – 40 manat - FOTO

Bu küçədə sola dönməyin - Kamera çəkir – 40 manat - FOTO

Paytaxtın Azadlıq prospekti ilə Məsud Davudoğlu küçələrinin kəsişməsində sürücülərin ani diqqətsizliyi onların cərimələnməsi ilə nəticələnir. Avtosfer.az xəbər verir ki, həmin yolayrıcında Azadlıq prospekti ilə hərəkət edən nəqliyyat vasitələri üçün 4.1.1 - məcburi hərəkət istiqaməti nişanı qoyulub və asfalta 1.11 nişanlanma xətti (qırıq-qırıq xətt) çəkilib. Sürücülər qırıq-qırıq xətti görərək düşünürlər ki, buradan sola və geriyə də dönmək olar. Əslində, həmin yerə 1.11 xəttinin çəkilməsi hərəkətin təşkilində olan səhvdir.

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov qeyd etdi ki, yolayrıclarında bu tip nişanlanma xəttləri olmamalıdır. Qırıq xəttin yolayrıcına çəkilməsi qanunsuzdur və sürücüləri çaşdırır. Ona görə də, həmin nişnlanma xətti silinərək əvəzində zolaqlar üzrə 1.18 nişanlanması (hərəkətin ancaq düzünə olmasını bildirən nişanlanma) çəkilməlidir.

http://avtosfer.az
 


 скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN