• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Sürücülər bu yolu 60-la gedib 50 ilə qayıdırlar – Radara düşənlər var – FOTO

Sürücülər bu yolu 60-la gedib 50 ilə qayıdırlar – Radara düşənlər var – FOTO

Sabunçu rayonu Zabrat qəsəbəsinin Şəhər şossesi adlanan yolunda hərəkətin təşkilində olan problemlə bağlı sürücülərdən biri Avtosfer.az-a müraciət edib. Sürücü bildirir ki, qeyd olunan yolda nizmlanmayan piyada keçidi var və şəhər istiqamətində həmin piyada keçidinə yaxınlaşan zaman hərəkət sürəti 60 km/saat sürətdən 50-yə endirilib. Lakin Zabrat istiqamətində hərəkət sürəti 50-yə endirilməyib.

Bir hərəkət hissəsində hər istiqamətə fərqli sürət rejimi tətbiq edilməsi qanun pozuntusudur. Qanunvericilikdə hərəkətin bu cür təşkil edilməsi nəzərdə tutulmayıb və bu cür hərəkətin təşkili sürücülərin hüquqlarının pozulması ilə nəticələnə bilər.

Qeyd edək ki, vaxtlə eyni problem paytaxtın Nobel prospektində də mövcud idi. Sürücülərin şikayəti nəticəsində Nobel prospektindəki 50 km/saat sürət nişanı ləğv edildi.



  
avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN