• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Azərbaycan avtomobil idxalını 2 dəfə artırıb

Azərbaycan avtomobil idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 008 ədəd, yaxud 2,04 dəfə artıb. Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a verilən məlumata görə, ötən ilin 11 ayı ərzində xaricdən Azərbaycana 4 820 ədəd avtomobil gətirildiyi halda, bu il ölkəyə 9 828 ədəd avtomobil idxal olunub.

Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 169 ədədi, yaxud 1,72%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 527 ədədi, yaxud 87,27%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 014 ədədi və ya 10,32%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 68 ədədi, yaxud 0,69%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 11 ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 89 ədəd, yaxud 2,11 dəfə artıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,03 dəfə, yaxud 4 333 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 551 ədəd, yaxud 2,19 dəfə artıb. Lakin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 15 ədəd, yaxud 18,07% azalıb.

http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN