• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bağlanan bankların maşınları satışa çaxarıldı - “Pajero” 11500, “Hyundai” 8 minə

Bağlanan bankların maşınları satışa çaxarıldı - “Pajero” 11500, “Hyundai” 8 minə

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. Avtosfer.az-ın Fonda istinadla verdiyi məlumata görə, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bir sıra bankların balansında olan daşınan və daşınmaz əmlakını hərrac yolu ilə satışa çıxarır. Belə ki, ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üc) ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa cıxarılır. Ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı minik avtomobilləri və 2 (iki) ədəd embosser hərraca cıxarılır. Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayiş sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bag evi satışa cıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. Ünvanda) 16.01.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.

Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.

http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN