• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Sürücülər, diqqət! - Bunu benzinə qatmayın - TƏHLÜKƏ

Sürücülər, diqqət! - Bunu benzinə qatmayın - TƏHLÜKƏ

Yanacaqdoldurma məntəqəsində avtomobilinə tökdüyü qatqı maddəsi başına bəla olub. Mahir Rəsuloğlu adlı şəxs Bakıətrafı qəsəbələrdən birində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində avtomobilinə “Aİ-92”markalı benzin vurdurub. Sürücü iddia edir ki, yanacaqdolurma məntqəsininin növbə rəisi benzinin keyfiyyətini artırması üçün əlavə qatqı maddəsinin vurulmasını tövsiyyə edib. Üstəlik, bununla bağlı qarantiya verdiyini də bildirib. 30 AZN-lik benzinə 10 AZN qatqı əlavə edilib. Qatqıdan sonra avtomobildə ciddi problemlər ortaya çıxıb. Avtomobilini usta yanına aparan sürücünün 520 AZN xərci çıxıb. Daha sonra sürücü yanacaqdoldurma məntəqəsi ilə əlaqə saxlasa da, işçilər bunun qatqı ilə bağlı olmadığını bildiriblər.

Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən avtomobil ustası Əli Sultanov bildirib ki, yanacağa əlavə qatqı maddələrinin qarışdırılması avtomobildə sonradan ciddi problemlərin yaranmasına səbəb olur: “Yanacaqların qarışdırılması son 2 ilin mübahisəli məsələlərindən biridir. Bəzi mütəxəsislər benzinin qarışdığını desələr də, bəziləri bunun əksini fikirləşir. Benzinin keyfiyyətini yaxşılaşdıran qatqılar var. Amma bu qatqılar Avropa üçün nəzərdə tutulub. Qatqıların haradan gəldiyi, sertifikatının olub-olmadığı bilinmir. Bu maddə çox yerlərdə satılır. Təxminən 0.5 litri 10 manatdır. O maddənin benzinlə qarışdırılmasına qarşıyam. Ümumiyyətlə, istehsalçı avtomobil üçün hansı benzin növünü nəzərdə tutubsa, sürücülərin də ondan istifadə etməsi məsləhətdir”.

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, zərəçəkmiş tərəf ziyan ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldıra bilər: “Mülki Məcəllə və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericilik buna imkan verir. İddia qaldırılan zaman ehtiyat hissələrinə dəyən zərəri araşdırılır. Ekspertiza tələb olunur. “Belə qatqıların yanacağa əlavə olunması düzdürmü, bu qatqıların təkibi müəyyən standartlara uyğun gəlirmi, yoxsa avtomobildə əvvəldən problem olubmu?” kimi məsələlər araşdırılır. Bu artıq məhkəmənin həll edəcəyi məsələdir”.

http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN