• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bu zavod ildə on minə qədər üzən avtomobil istehsal etməyə hazırlaşır

Bu zavod ildə on minə qədər üzən avtomobil istehsal etməyə hazırlaşır

“Toyota” şirkətinin keçmiş əməkdaşı Xideo Surumaki daşqın zamanı sahibinə xilas olmağa kömək edəcək üzən avtomobil yaradıb. Avtosfer.az AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun saytına istinadən xəbər verir ki, “Toyota”dan ayrıldıqdan sonra X.Surumaki iki il ərzində üzə bilən, kiçik “Fomm” elektrik avtomobilinin prototipini yaradıb. İndi o, elektrik avtomobilinin saatda 80-160 kilometrə qədər gedə biləcək dördüncü prototipi üzərində işləyir. Avtomobilin dörd oturacağının hər birinin altında dəyişilə bilən batareyalar yerləşdirilib. Bu yolla mühəndislər suda tarazlıq problemini həll ediblər. Maşın suyadavamlı mühərrikin köməyi ilə suda üzür, xüsusi konstruksiyalı təkərlərin sayəsində isə dönür. X.Surumaki avtomobilin istehsalı ilə bağlı Tailanddakı zavodla razılaşıb. Bu zavod ildə on minə qədər üzən avtomobil istehsal etməyə hazırlaşır.
http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN