• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Cərimə ödəməmək üçün sürücülərə şans verildi - 543 dollar

Cərimə ödəməmək üçün sürücülərə şans verildi - 543 dollar

Kanadanın Viktoriya şəhərində maşın idarə edərkən telefon istifadə edən sürücülərə 543 dollar məbləğində cəriməni ödəməmək üçün şans yaradılıb. Avtosfer.az-ın “Time Colonist”-ə istinadən verdiyi xəbərə görə, Viktoriya Polis Departamenti tərəfindən başladılan yeni pilot layihə sürücünün davranışını dəyişdirməyə hədəflənib. Sürücü cəriməni ödəmək istəməsə və ya imkanı olması, o halda 3 saatlıq bərpaedici ədliyyə seminarında iştirak etməlidir. Seminarda iştirak edən 33 sürücü layihə ilə bağlı yüksək təəssüratlarını bölüşüblər. Seminara qatılan sürücülərə sükan arxasında fikir yayınmasının hansı təhlükələrlə nəticələnəcəyinə dair sadə test suallarını cavablandırmaq tapşırılıb.

Sürücülərin fikrincə, bu, asayişi qorumaq üçün yaxşı addımdır. Bundan başqa, seminar çərçivəsində sürücülərə piyada keçidində telefona fokuslanmış piyadalara qarşı da diqqətli olmaq tapşırılıb. Sürücü bilməlidir ki, fikir dağınıqlığı nəticəsində kiminsə həyatını ya dəyişə, ya da əlindən ala bilər.

Viktoriya Polis Departamenti bu layihənin bütün Kanada ərazisində tətbiqini reallaşdırmaq istəyir. 

avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN