Bakıda dayanma-durma ilə bağlı anlaşılmazlıq var - DYP olmasa nə baş verəcək? » Sürücülük Kursları
  • Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bakıda dayanma-durma ilə bağlı anlaşılmazlıq var - DYP olmasa nə baş verəcək?

Bakıda dayanma-durma ilə bağlı anlaşılmazlıq var - DYP olmasa nə baş verəcək?

"Bakı şəhəri ərazisində parkinqlərin təşkili və onlara nəzarət keçən ayın 11-dən etibarən Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətinə keçib”. Bu sözləri sherg.az-a paytaxtımızda maşınların parklanması ilə bağlı problemlərdən danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, paytaxtda parklanmanın təşkili ilə bağlı səlahiyyət artıq Dövlət Yol Polisindən (DYP) alınır. Lakin Respublikanın digər şəhər və rayonlarında parklanma işinə nəzarəti yenə də DYP həyata keçirəcək: "Məsələ ilə bağlı qanunda boşluq yaranıb. Çünki keçən ayın 11-dən parkinqlərin təşkili ilə bağlı səlahiyyət BNA-ya verilsə də, BNA rəsmi açıqlamasında hələlik bu sahəyə nəzarət etmək imkanının olmadığını bildirib. Bunun üçün geniş işçi bazası formalaşmalı, baza sistemi yaradılmalı, avadanlıqlar qurumalı və texnologiyaların tətbiqi ilə bağlı bir çox işlər görülməlidir. Müşahidələr aparılmalıdır ki, harada yeni parkinqlər qurula və ya hansı parkinqlər ləğv oluna bilər. Bir sözlə, bu sahədə görüləsi işlər çoxdur. Bu baxımdan düşünürəm ki, BNA öz bazasını qurana qədər paytaxtın parklanma sisteminə nəzarəti DYP davam etdirməlidir. Məsələn, DYP hələlik nəzarət edə bilər, amma məsələyə qanununla yanaşanda DYP-nin artıq belə bir səlahiyyətinin olmadığını görürük”.

E.Muradlının sözlərinə görə, gələcəkdə hansısa sürücü dayanma və ya durma qaydalarını pozduğu üçün ona yazılan cərimə ilə bağlı məhkəməyə şikayət etsə, qanunun tələbinə görə həmin cərimə protokoluna xitam verilə bilər: "Çünki indiki halda DYP-nin Bakı şəhəri üzrə parklanma ilə bağlı yazdığı cərimələr yetərsiz sayılır. Parklanma nəqliyyatın elə bir sahəsidir ki, burada yaranan boşluq aradan qaldırılmasa, ciddi problemlər yarana bilər. Düşünürəm ki, Nazirlər Kabineti BNA öz sistemini qurana qədər paytaxt ərazisində parkinqə nəzarəti başqa bir təşkilata verməlidir. Çünki agentlik baza sistemini 1 aya qura bilməyəcək. Buna görə də müəyyən tədbirlər görülməlidir, BNA və DYP rəhbərliyi görüşüb müzakirə aparmalıdır ki, bu işi nə vaxta kimi qura biləcəklər? Sentyabrın 15-də məktəblər açılır. Bu vaxta kimi BNA sistemini yarada bilməsə, təsəvvür edin şəhərdə hansı vəziyyət yaranacaq. Ona görə də mövcud boşluğu aradan qaldırmaq lazımdır. Ən yaxşısı, yeni sistem qurulanadək DYP bu sahəyə nəzarət etməlidir”.

http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN