• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Qeyri-adi kamera sisteminə sahib gizli Nokia

Qeyri-adi kamera sisteminə sahib gizli Nokia

Nokia smartfonlar seriyasına uzun müddətdir ki, Nokia 9 modelinin əlavə olunması gözlənilir. Bu, özəl xüsusiyyətlərə sahib flaqman modeli ola bilərdi. Bu barədə artıq bir neçə müddətdir ki, bir sıra şayiələr gəzir. Bugün isə internetə Nokia-nın bilinməyən modelinin fotosu sızdırılıb. Sözügedən smartfon barəsində heç bir məlumat yoxdur. Bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, HMD Global şirkəti TA-1131 kod adlı Nokia smartfonu üzərində çalışır. Bəlkə də yayılmış fotoda əks olunan smartfon məhz həmin kod adına sahibdir?

Avtosfer.Az technote.az-a istinadən bildirir ki, Nokia 9 (TA-1131) modelinin texniki göstəriciləri barəsində yalnız fantaziyalar qurmaq olar. Çox güman ki, smartfon Snapdragon 845 prosessoru, 6/8 GB RAM və qeyri-adi kameralar sistemi ilə təchiz olunacaq. Yayılmış fotoda əks olunmuş smartfonun arxa panelində neçə ədəd kameranın olduğunu söyləmək çətindir. Lakin görünür, smartfon minimum 3 arxa kamera ilə təchiz olunacaq. Digər dairəvi hissələr isə infraqırmızı fokus və digər ötürücülər ola bilərlər. Bəlkə də bu kameralar əfsanəvi PureView brendinin geri qayıtmasına işarə edir?

http://avtosfer.az 

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN