• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

“D” sürücülük kateqoriyası olan xanımların nəzərinə!

“D” sürücülük kateqoriyası olan xanımların nəzərinə!

“Xaliq Faiqoğlu” MMC ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət edir. Avtosfer.az xəbər verir ki, daim yeniliklərə açıq olan şirkət Bakı şəhərində, xüsusi ilə şəhərin mərkəzi hissələrində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda qadın sürücülərin də işləməsini arzulayır və bu məqsədlə zərif cinsin nümayəndələrini işə dəvət edir. “D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar info@safa.az e-mail ünvanına cv yollaya və ya Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisimizə birbaşa müraciət edə bilər. Nəzərinizə çatdırmaq istəyirik ki, yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər “EURO 5” standartlı müasir avtobusları idarə edəcək. Qeyd edək ki, bir çox ölkələrdə, eləcə də qonşu dövlətlərdə ictimai nəqliyyat sistemində qadın sürücülər kifayət qədərdir.

Namiq

avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN