• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bu da yeni

Bu da yeni "Hummer" - FOTO

Amerikan Mil-Spec Automotive (MSA) atelyesi Hummer H1 ofrouderinin trek variantını yaradıb. Bəli, məhz trek. Ofrouder tamamilə yeni asqıya, azaldılmış klirensə və təkmilləşdirilmiş mühərrikə malikdir. Avtosfer.az-ın məlumatına görə, trek üçün nəzərdə tutulan ofrouderin əsasını 1987-ci ildə istehsal edilmiş yumşaq tavanlı dördqapılı Hummer H1 pikapı təşkil edib. Bu barədə Autograph yazıb. Avtomobilin idarəetmə xarakteristikalarını yaxşılaşdırmaq üçün asqının həndəsi quruluşu tamamilə dəyişdirilmiş, sərt yayları olan və tənzimlənən dayaqlar quraşdırılmışdır. Pikapın klirensi də 179 millimetr azaldılıbdır. Ofrouderin əyləc sistemi altı porşenli supportlarla təchiz edilmiş, təkər disklərinə isə alçaq profilli Pirelli P-Zero şinləri geyindirilmişdir. Pikapın təchiz olunduğu 6,6-litrlik Duramax V8 dizeli ayrıca təkmillşdirmələr dəstinə sahib olub. Nəticədə mühərrikin gücü 800 at qüvvəsinə, fırlanma anl isə 2034 Nm-ə qədər artırılıbdır. Əslində avtomobil məhz bu aqreqatın sınaqdan çıxarılması və son təkmilləşdirmələri etmək üçün yaradılıbdır. MSA nümayəndəsi belə avtomobillərin müştərilərə təklif edilməyəcəyini də bildirib.
http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN