• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Küləkli havalarda bu qaydalara əməl etmək hər bir sürücü üçün VACİBDİR

Küləkli havalarda bu qaydalara əməl etmək hər bir sürücü üçün VACİBDİR

Son günlər respublikanın bir çox yerlərində, eləcə də Bakı şəhərində güclü külək müşahidə olunur. Belə hava şəraitində istər sürücülərin, istərsə də avtomobil sahiblərinin problemləri çoxalır. Əsasən avtomobillərin üzərnə ağaclar qoparaq aşır və bu da ağır nəticələrə gətirib çıxarır.
Avtosfer.az sürücülərə küləkli hava şəraitində necə davranmaq barədə bəzi tövsiyələr təqdim edir. İlk növbədə avtomobili park edən zaman yaxınlıqda iri gövdəli ağacın olub-olmamasına diqqət etmək lazımdır. Xüsusilə yaşlı və üzərində ağır budaqları olan ağaclar daha təhlükəlidir.
Hündür divarlardan avtomobili kənar saxlamaq lazımdır. Binaların qarşısında, balkonların altında avtomobil saxlamaq tövsiyyə edilmir. Çünki balkonlardan düşən hansısa əşya və ya yüngül örtüklər avtomobilə ziyan vura bilər.
Bundan əlavə avtomobili yol nişanlarına, avtobus dayanacaqları və digər yüngül konstruksiyalı tikililərə yaxın məsafələrdə saxlamaq olmaz. Çünki güclü külək onları dağıdır və tullantılar ətrafa səpələnir.
Daha vacib bir məqam isə avtomobili idarə edərkən sürücülərin üzləşdiyi problemdir. Xüsusən magistral yollarda, yaşayış məntəqələrindən kənarda güclü külək bəzən az qalır sükanı sürücünün əlindən alsın. Bəzi sürücülər avtomat ötürücü qutusu olan maşını bir əllə idarə edir. Bu da təhlükə yarada bilər. Çünki güclü külək bir anda avtomobilin idarəetməsini itirməsinə səbəb olar. 30-40 sm sağa və ya sola manevr hansısa yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Odur ki, belə yollarda avtomobili iki əllə idarə etmək lazımdır. Oturacağa yayılmaq yox, şux oturaraq sükana hakim olmaq lazımdır.
Bir məqama da diqqət eləmək lazımdır. Meşəlik və əkin sahələrinə yaxın yollarda, eləcə də payız aylarında qurumuş yarpaqların, otların toplandığı yol kənarlarına siqaret kötüyü atmaq olmaz. Birincisi, qanunla maşından küçəyə hər hansı əşya atmaq qadağandır. Digər tərəfdən isə sizin atdığınız siqaret kötüyü küləkli havada daha tez yanğına səbəb ola bilər.
Bu qaydalara əməl etmək sizin və ətrafdakıların həyat və sağlamlığı üçün çox vacibdir.

 Elməddin Muradlı

http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN