• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

24 saat ərzində şəxsi kabinetə düşməyən protokol ləğv edilməlidir - VİDEO

24 saat ərzində şəxsi kabinetə düşməyən protokol ləğv edilməlidir - VİDEO

Törətdiyi xətaya görə sürücünün şəxsi kabinetinə 2 gün sonra elektron protokol göndərilib. Amma qanunvericliyə əsasən 24 saat ərzində şəxsi kabinetə yüklənməyən protokol ləğv edilməlidir. Avtosfer.az-ın məlumatına görə, sürücü Cəlal İsbizadə belə bir halla qarşılaşıb, amma protokollar ləğv edilmir. Sürücü bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət etsə də, müsbət cavab ala bilməyib. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, qanunvericiliyə müvafiq dəyişiklik bu il iyulun 1-dən qüvvəyə minib və buna görə də vətandaşın protokolları ləğv edilməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüfət Quliyevin sözlərinə görə isə, elektron protokolun elektron kabinetə yerləşdirilməsi barədə "ASAN xidmət"dən çıxarış təqdim ediləndən sonra məsələyə hüquqi qiymət veriləcək.
http://avtosfer.az
 скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN