• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bakıda gülməli nişanlanma xətti – Sola dönmək üçün düzünə getməlisən - FOTO

Bakıda gülməli nişanlanma xətti – Sola dönmək üçün düzünə getməlisən - FOTO

Paytaxtın mərkəzi yolunda yol nişanlanma xəttində olan nöqsan barədə oxucular redaksiyamıza məlumat verib. Avtosfer.az-ın araşdırmasından sonra məlum olub ki, Bayraq meydanından üzü şəhər istiqamətində olan yolda - "İnturist" mehmanxanasının qarşısında sol zolaqda geriyə dönmək üçün nəzərdə tutulan zolağa yalnız düzünə 1.18 nişanlanması çəkilib, onun sağındakı zolağa isə düzünə və sola hərəkəti bildirən nişanlanma çəkilib.

Burada nişanlanma xəttləri arasında uyğunsuzluq var. Ümumiyyətlə, qanunvericilikdə qeyd olunub ki, 1.18 nişanlanması yolayrıclarında zolaqlar üzrə hərəkət istiqamətini bildirmək üçün tətbiq olunmalıdır. Lakin qeyd etdiyimiz ərazi geriyə dönmə yeri olduğuna görə (geriyə dönmə yeri yolayrıcı deyil) 1.18 nişanlanmasının tətbiqi düzgün deyil. Yaxşı olardı ki, aidiyyatı qurumlar həmin 1.18 nişanlanmasını silərək həmin yerə yalnız 5.11.1 geriyə dönməni bildirən məlumatverici-göstərici nişan qoysun.

 Təbriz

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN