• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bu ərazidəki yol nişanı ticarət obyektlərinin işinə mane olur - VİDEO

Bu ərazidəki yol nişanı ticarət obyektlərinin işinə mane olur - VİDEO

Bakının mərkəzi yollarının birində olan yol nişanı ərazidə ticarətlə məşğul olan insanlara çətinlik yaradır. Yolda hərəkətin təşkilində edilən dəyişiklik alıcı və satıcıları çətin vəziyyətdə qoyub. Söhbət Nərimanov rayonu, Xətai propektindən gedir. Yol kənarındakı obyektlərin sahibləri deyir ki, bir neçə gündür bu yola dayanma-durmanı qadağan edən nişan qoyulub. Nəticədə isə onların mağazalarına gələnlər avtomobillərini saxlaya bilmirlər. Mağaza sahibləri deyir ki, burda avtomobillər ancaq birinci cərgədə saxlanılır. Lakin bir neçə gündür ki, buraya yeni nişan qoyulduğundan avtomobil saxlayanlar cərimələnir. Obyekt sahibləri bildirir ki, onların satdıqları məhsulların çəkisi və tutumu iri olduğundan avtomobilsiz aparmaq çətindir. Mağazaların qabağında isə dayanma və durma qadağan edildiyindən alıcılar da, satıcılar da çətin vəziyyətdə qalıb. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, sözügedən ərazidə əvvəllər də həmin nişan olub. Amma sonradan qeyri müəyyən səbəbdən yığışdırılıb. Hazırda isə həmin ərazi nişanın əhatə dairəsinə düşdüyünə görə, burda avtomobil saxlayan sürücülər cərimələnəcək. http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN