• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur

İspaniyada dizel və benzinlə işləyən avtomobillərin satışına qadağa qoyulacaq. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, İspaniya hökuməti dizel və benzin mühərriki ilə işləyən, atmosferə karbon qazı buraxan minik avtomobillərinin satışını və qeydiyyatını 2040-cı il üçün qadağan etmək niyyətindədir. Belə tədbirlər partiyaların tanış olması üçün hökumətin təqdim etdiyi iqlim dəyişmələri və ekoloji keçid barədə qanun layihəsində nəzərdə tutulub. Hakimiyyət orqanları bu qanun layihəsinin 2018-ci ilin sonu üçün parlamentdə nəzərdən keçirilməsinə ümid bəsləyirlər. Son məqsəd bundan ibarətdir ki, 2050-ci il üçün İspaniya yollarında atmosferə parnik qazları buraxmayan ekoloji təmiz avtomobillər şütüsün. Məhdudiyyətlər benzin və dizellə işləyən avtomobillərdən başqa təbii maye qazla işləyən hibridlərə və avtomobillərə də şamil olunacaq. Qeyd edək ki, Böyük Britaniya, Fransa, Norveç, Almaniya və başqa ölkələrdə də analoji qanun layihələri nəzərdən keçirilir.
http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN