• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Yolumuzu dolanbaca salan naviqasiyalar - Yolu niyə uzadırlar?

Yolumuzu dolanbaca salan naviqasiyalar - Yolu niyə uzadırlar?

Sürücülər paytaxtda avtomobil idarə edərkən çox vaxt istiqaməti düzgün müəyyənləşdirmək üçün naviqasiya sistemindən istifadə edirlər. Lakin bu sistemlərin heç də hamısı yaxşı işləmir. Bəziləri yeni tikilən binları, salınan küçələri tanımırlar. Bu səbəblə, çox vaxt yolu da uzadırlar. Avtosfer.az xəbər verir ki, bununla bağlı metbuat.az-a açıqlama verən İKT üzrə İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, bu problemlər naviqasiya sistemini yaradan şirkətlərlə bağlıdır: “Xaricdə bu sistem başqa formada işləyir. Burada alternativ kimi sürücüyə tıxac olan qısa, tıxacsız uzun, yaxud da pullu yollar göstərilir. Azərbaycanda bu sistemin niyə olmadığını bilmirəm. Ola bilər ki, naviqasiya sistemi bəzi yerləri yaxşı tanımır. Məsələn, naviqasiya döngələri bilməyəndə, yolu uzatmalı olur. Lazım olan döngəni tanımadığı üçün qarşıdakı döngədən dönür. Nəticədə yol qeyd edildiyi kimi uzanır. Bu, sırf həmin proqram təminatını yaradan şirkətlərlə bağlıdır. Belə bir problem qarşılaşan zaman birbaşa naviqasiya sistemini yaradan şirkətə müraciət etmək lazımdır. Onlar proqramı yeniləsələr, problem çözülə bilər. Naviqasiya elektron xəritə olduğundan, yol-hərəkətini nəzərə alaraq, avtomobil üçün A nöqtəsindən B nöqtəsinə getmək üçün yolu cızır. Hansısa bir obyektin orada çıxamaması, birbaşa naviqasiya sistemini yazan şirkətlə bağlıdır. Bildiyim qədərilə, Azərbaycanda bu işi ən yaxşı görən proqramlardan biri “Go map”dir. Lakin yeni yaradılan naviqasiya sistemləri isə istənilən tələbi vermir. Çünki naviqasiyanın yaradılması böyük investisiya tələb edir. Xəritədəki bütün nöqtələri naviqasiyada qeyd etmək böyük əziyyət tələb edir, hər bir şirkət də bunu edə bilmir. Bu səbəblə, naviqasiyalar daim yenilənməlidir. Sistemi bir dəfə yaradıb, bazara buraxmaqla iş bitmir. Həyat dayanmır, binalar tikilir, mərkəzlər dəyişilir, yeni küçələr salınır. Yenilənmə olmasa, naviqasiya sistemi köhnəlir, nəticədə biz ondan tam istifadə edə bilmirik”.

Avtosfer.az bildirir ki, Azərbaycanda hazırda özünü doğruldan naviqasiya sistemi Caspian NavTel şirkətindədir.

http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN