• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Yağışlı havalarda bunlara DİQQƏT EDİN! - VİDEO

Yağışlı havalarda bunlara DİQQƏT EDİN! - VİDEO

Həm sürücülər, həm piyadalar yağışlı havalarda ehtiyatlı olmalıdırlar. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, yağışlı havalarda yollarda bir çox problemlər yaşanır. Təlimçi Salih Quliyev bu cür havalarda diqqətli olmağı məsləhət görüb: "İntensiv yağışla əlaqədar yolu görmək çətinləşir. Adətən qaranlıq vaxtlarda asfalt qara, insanlar da qara geyimdə olduğu üçün yağışlı havalarda, ümimiyyətlə, görünmürlər. Əyləci ani basmaqla arxadakı avtomobilə vurub, qəza törədə bilərlər. Avtomobilin texniki göstəricilərinə nəzarət etmək məsləhətdir".

Bəs, ötmə əməliyyatlarında hansı problemlər yaşana bilər?

"Tutaq ki, mən qarşıdakı nəqliyyat vasitəsini ötmək istəyirəm. Bu zaman güzgülər parlıdır, heç nə görmürəm, "Allaha ümid" deyib, ani manevr edərək qarşıdakı maşını keçmək istəyirəm. Bu da arxadakı avtobobillərə çətinlik yaradır. Belə havalarda çətinlik ən çox döngələrdə olur. Sürücülər adətən belə havalarda sükanı sərt burub sürüşməyə səbəb olurlar. Qabaq təkərçəkənlə arxa təkərçəkənin döngələrə reaksiyası fərqlidir. Bu da yağışlı havalarda özünü daha çox biruzə verir".

Sürücü: "Sürücülər də, piyadalar da diqqətli olmalıdır ki, hadisə baş verməsin".

Sürücü: "Sürücü sükan arxasında diqqətli olmalıdır".

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlər Yol Polis İdarəsi də yağışlı havalarda sürücülərə sürət həddini aşmamağı tövsiyə edir və daha çox ictimai nəqliyyat vasitələrindən istifadə etməyə çağırır.

http://avtosfer.az

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN