• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bu nişanı kimin qoyduğu bilinmir - Mənası nədir?

Bu nişanı kimin qoyduğu bilinmir - Mənası nədir?

Paytaxtın Səbail rayonu Rəsul Rza, 9 ünvanında səkinin yanına qoyulan nişan müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, sürücülər nişanın izahı ilə bağlı ekspert Ərşad Hüseynova müraciət ediblər. Ə.Hüseynov sosial şəbəkədə cavab olaraq bildirib ki, sözügedən nişan (buna nişan deməzlər) təfəkkürsüzlüyü ifadə edir: “Belə nişan yoxdur, ola bilməz. Hazırda ölkəmizdə yol hərəkətinin təşkili üzrə rəsmi səlahiyyəti olan qurumların (BNA və DYP) belə elementar səhv edə bilməsi inandırıcı deyil. Orada çalışanlar qanunda hansı nişanlar olduğunu bilirlər. Belə cəfəngiyyata yol verməzlər. Amma mütləq onu bura qoyanı tapmaq lazımdır. Maraqlıdır, görək belə özbaşınalıq edən kimdir?”.

***

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, sözügedən nişanla bağlı məlumatdan xəbərdardılar: “Həmin nişan  Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən qoyulmayıb.  Ərşad Hüseynovun da qeyd etdiyi kimi, elə bir nişan qanunvericilikdə yoxdur. Məsələ bizə agah olan kimi nişanın həmin ərazidən götürülməsi ilə bağlı tapşırıq verilib. Kim tərəfindən qoyulması ilə bağlı araşdırmalar aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN