• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

BNA 30-dan çox küçə və prospektdə xüsusi hərəkət zolaqları təşkil edəcək

BNA 30-dan çox küçə və prospektdə xüsusi hərəkət zolaqları təşkil edəcək

"Bakı Nəqliyyat Agentliyi 2019-cu ildə yol hərəkətinin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirməyi planlaşdırır". Bu barədə Avtosfer.az-a qurumun mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, sərnişindaşımada avtobus parkının yenilənməsi, Nəqliyyat Mübadilə Mərkəzlərinin müasir formada təşkili, xətlərin optimallaşdırılması, yol hərəkətinin təşkilində-parklanma yerlərinin idarə olunmasi, dayanma və durma qaydalarının pozulması hallarına qarşı mübarizə tədbirlərinin daha səmərəli təşkili, müxtəlif küçə və prospektlərdə nəqliyyat şəraitinin yaxşılaşdırılması, piyada təhlükəsizliyinə maneə yaradan halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək.

O əlavə edib ki, mütəxəssislərin hazırladığı təklifə əsasən, 30-dan çox küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil edilməsi nəzərdə tutulur: “Xüsusi hərəkət zolaqlarının Gəncə, Nobel prospektlərində, Mikayıl Usiyev küçəsində salınması planlaşdırılır”.

http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN