• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

2019-cu ilidə Avtomobil Qiymətləri Necə Olacaq?

2019-cu ilidə Avtomobil Qiymətləri Necə Olacaq?

 
Vergi Məcəlləsinə 2019-cu il üzrə gözlənilən dəyişikliklərdə aksiz vergisinin 50% artırılması nəzərdə tutulur. Aksiz vergisi avtomobillərə də tətbiq olunduğundan bu halda avtomatik olaraq gömrük rüsumları bahalaşacaq. Aksiz vergisi niyə arta bilər? Aksizlərlə bağlı bahalaşmanın qəbul edilməsi ehtimalı çox yüksəkdir, çünki aksiz markalanmasından keçən bütün məhsullar üzrə yerli istehsal mövcuddur və hökumət bu sahələri inkişaf etdirməyi hədəfləyib.Konkret olaraq, avtomobil, maşın istehsalına toxunsaq, bu sahədə Azərbaycanda üç böyük zavod: Naxçıvandakı “NazLifan”, Neftçaladakı “KHAZAR” zavodu və Gəncədəki Maşınqayırma zavodunun da potensialını hesablasaq, yerli istehsal üçün kifayət qədər baza var. Üstəlik, ölkəyə idxal məhsullarının siyahısına baxsaq, Azərbaycandan valyutanın xaricə çıxmasında avtomobil, maşın avadanlıqları xüsusi çəkiyə malikdir. Gömrük Komitəsinin bu ilin 10 ayı üzrə hesabatına görə, ölkəyə 2 milyard 95 milyon 667 min dollarlıq statistik dəyərə malik maşınlar gətirilib. Beləliklə, bu sahə idxalda ən böyük paya malikdir: 22,65%. Yerli avtomobilləri satmaq hədəfi Əgər nəzərə alsaq ki, təkcə Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC-nin illik istehsal gücü 10 min avtomobildir, bu halda daxili bazardakı maşınların satılmasının nə qədər vacib olduğunu anlamaq çətin deyil.Məsələn, Azərbaycan-İran birgə müəssisəsi birinci mərhələdə “KHAZAR” brendi altında 2019-cu ilin sonunadək 6 min avtomobil istehsal etməyi planlaşdırır, bu avtomobil sayının böyük hissəsinin daxili bazarda satılmasını hədəflənib. Çünki müəssisə ildə iki min avtomobilin ixracını nəzərdə tutduğunu açıqlayır. Hələlik, avtomobilin ehtiyat hissələri ilə bağlı müəyyən çətinliklər var, ancaq 2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük bir qisminin də Azərbaycanda istehsal edilməsi nəzərdə tutulur.
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN