• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bir gündə qanunsuz parklanmaya görə 3500 sürücüyə cərimə yazıldı – FOTO

Bir gündə qanunsuz parklanmaya görə 3500 sürücüyə cərimə yazıldı – FOTO

Paytaxtın mərkəzi hissələrində 24 saat ərzində avtomobillərin qanunsuz saxlanması ilə bağlı 3500-dən çox fakt aşkar olunub. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin müvafiq fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameraları vasitəsilə dayanma və durma qaydalarının pozulması halları qeydə alınır. İnsan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub. Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib.

Sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların qurşadırılması ilə bağlı tədbirlər də davam etdirilir.

Qanunsuz parklanmaya intelektual nəzarət sisteminin əsas kompanenti olan kameralar vasitəsi ilə əldə edilən məlumatların dövlət başçısının müvafiq fərmanında qeyd edildiyi kimi mərkəzi informasiya sisteminə inteqrasiya da təmin edilib.

Sürücülərə parklanma zamanı daha diqqətli olmaq, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmək, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmaq tövsiyə edilir.

Avtosfer.az bildirir ki, dayanma-durma qaydalarını pozmağa görə elektron protokolun tətbiq edilməsi hazırki qanunda nəzərdə tutulmayıb.

 

Namiq

http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN