• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq

Yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq

Azərbaycanda yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Proqramda həmçinin yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirən aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi, vahid çağrı mərkəzinin yaradılması, yol-nəqliyyat hadisələrinin qeydiyyatı sisteminin və ilk tibbi yardım göstərilməsi işinin təkmilləşdirilməsi, yol-nəqliyyat hadisələrinin müntəzəm baş verdiyi yerlərin-qəza ocaqlarının müəyyən edilməsi və qəzaların səbəblərinin aradan qaldırılması işinin təkmilləşdirilməsi nəzərdə tutulur.

http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN