• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Nömrənin üstünü bağlayan sürücülərin FOTOLARI yayıldı - 800 manat cəriməsi var

Nömrənin üstünü bağlayan sürücülərin FOTOLARI yayıldı - 800 manat cəriməsi var

Dayanma və durma, parklanma qaydalarına nəzarətin icrası, bu sahədə nizam-intizamın yaradılması istiqamətində dövlət başçısının müvafiq fərmanından irəli gələn məsələlərin həlli davam etdirilir. Bu barədə Avtosfer,az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Agentlik tərəfindən paytaxtın müxtəlif ərazilərində müşahidə kamerları dayanma və durma, parklanma qaydlarını pozan sürücülərin qeydə alınması prosesi fasiləsiz rejimdə həyata keçirilir. Aparılan təhlillərə əsasən, artıq bəzi küçə və prospektlərdə bu sahədə müəyyən müsbət nəticələr əldə edilib. Lakin səlahiyyətlərin icrası zamanı bəzi nəqliyyat vasitələrinin sahibləri tərəfindən məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif qanun pozuntularına yol verildiyini müşahidə etmək olar. Qeyd edək ki, bəzi sürücülər onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nömrələrini müxtəlif vasitələrlə gizlədərək məsuliyyətdən yayınmaq məqsədilə süni maneələr yaradır. Bildirək ki, bu hal Yol Hərəkəti haqqında Qanunun kobud şəkildə pozuntusudur.
İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir.
Qeyd edək ki, bu hallara yol verən sürücülər qeydə alınaraq barələrində müvafiq tədbirlərin görülməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən aidiyyəti üzrə müraciət olunur. Sözügedən tədbirlərin həyata keçirilməsində məqsəd, paytaxtın küçə və prospketlərində nizam-intizamın yaradılması, rahat və təhlükəsiz hərəkətin, həmçinin, ictimai nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsidir.
BNA yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də nömrənin üstünü bağlayan sürücülərə xəbərdarlıq edib. İdarənin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, belə nəqliyyat vasitələri ərazidə xidmət aparan inspektorlar tərəfindən aşkarlandıqda dərhal tədbir görüləcək və 800 manat cərimə ediləcək.

 

Emin

http://avtosfer.az



скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN