• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bakıda xarici qeydiyyat nişanlı avtomobillər niyə çoxalıb?

Bakıda xarici qeydiyyat nişanlı avtomobillər niyə çoxalıb?

Bu gün ölkəmizdə xarici qeydiyyat nişanlı avtomobillərə tez-tez rast gəlmək olur. Adətən Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və s. ölkələrə aid nömrələrlə idarə edilən avtomobillər üstünlük təşkil edir. Müşahidələr onu göstərir ki, bəzən bu avtomobillər bir çox sürücünün “xəyallarında” yaratdığı avtomobil modelidir. Hər tərəfi pərdə plyonka, maşında həyata keçirilən bir çox dəyişikliklər və s. bu kimi imkanlara bəzi ölkələrdə qadağa yoxdur.

Bəs görəsən xarici qeydiyyat nişanlı avtomobillərə marağın səbəbi nədir?


Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı azadinform-un suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, gömrük rüsumları artırılandan sonra insanlar o avtomobilləri alırlar və ölkəmizdə qeydiyyata sala bilmirlər: “Xüsusən aşağı təbəqənin insanları, taksi sürücüləri, avtomobillərlə müxtəlif xidmətlər göstərən şəxslər bu imkandan istifadə edirlər və qeydiyyatda olduğu dövlətin nömrə nişanını saxlamaqla Azərbaycanda maşınları idarə edirlər. Tutaq ki, Gürcüstandan gətirilən maşını bizim vətəndaş gedir etibarnamə ilə gürcü vətəndaşından alır, etibarnaməni öz dilimizdə tərcümə elətdirir və avtomobili rahat ölkə ərazisində idarə edə bilir. Bakı və digər ərazilərdə yaşayan minlərlə Gürcüstan azərbaycanlıları var. Onların hüquqları var ki, avtomobil alıb, qanunvericiliyin imkanlarından istifadə edib sürə bilirlər. Eyni zamanda xarici qeydiyyat nömrə nişanı ilə qanunsuz fəaliyyət göstərənlər də az deyil. Bu yaxınlarda yerli avtobus sürücüləri hansı ki, rayonlar arası turistləri daşıyanlar və s. xidmətlər göstərən sürücülər etiraz aksiyası keçirdilər. Onlar maşını Gürcüstandan ucuz aldıqlarına görə sərnişindaşıma xidmətini ucuz göstərir və bu da sürücülər arasında mübahisə yaradır. Əslində bizim qanunvericiliyinə uyğun olaraq deyirəm ki, xarici ölkələrin qeydiyyatında olan nəqliyyat vasitəsi ilə ölkə ərazisində taksi və digər sərnişindaşıma xidməti göstərmək qadağandır. Görünür onlar buna məcburdurlar. Biz onlar üçün şərait yarada bilərdik, amma yaratmadıq. Çünki hər il gömrük rüsumlarını artırmağı düşünürük. Buna görə də avtomobil bazarında son dövrlər durğunluq müşahidə olunur. Yenə də köhnə avtomobillərin “ümidinə” qalırıq. Bir tərəfdən proqram qəbul olunur ki, köhnə avtomobillərin dövriyyədən çıxaraq və onlar istismar olunmasın, digər tərəfdən də gömrük rüsumları artırılır”. 

Ekspert sürücü və polislər bilməli olduqları bir neçə məqamdan da danışıb. O vurğulayıb hər bir nəqliyyat vasitəsi qeydiyyata alındığı dövlətin qanunları çərçivəsində təchiz oluna bilər: “Yay aylarında bizdə zavod istehsalı olan yan pərdələrdən istifadə etməyə icazə verilir. Tutaq ki, başqa ölkədə buna icazə verilmir, amma, biz öz qanunlarımız çərçivəsində orada avtomobil idarə edə bilərik. Məsələn, Türkiyədə də avtomobili 4 bir tərəfini plyonka ilə tündləşdirməyə icazə verilir. Türkiyə vətəndaşı gəlib nömrəni Azərbaycan nömrəsi ilə əvəz edənə qədər avtomobili o vəziyyətdə idarə edə bilər. Amma bəzi sürücülər bundan istifadə edir və yol polis əməkdaşlarının xəbəri olmur. Bizim DYP əməkdaşlarına təlimlər keçmək lazımdır ki, bu maşınların gəldiyi ölkələrdə qaydalar necədir? Plyonkaya icazə varmı? Bəzi sürücülər də fikirləşir ki, xarici nömrəyə görə saxlanılmırlar və belə olan halda öz bildiklərini edirlər. Ona görə bizim polis əməkdaşları məlumatlı olsalar, bu cür neqativ halların qarşısını ala bilərlər”.

Belə avtomobillərə nəzarət mexanizmi necədir?


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə qeyd edib ki, yol hərəkətində istənilən nəqliyyat vasitəsinin sürücüsü tələblərə uyğun, düzgün hərəkət etməlidir: “Heç bir sürücü arasında ayrı-seçkilik yoxdur. Mən deməzdim xarici qeydiyyat nömrəli avtomobillər tərəfindən qaydalar pozulur. Çünki bu gün müasir kameralar vasitəsilə aşkarlanan hər bir qayda pozuntu ilə bağlı addımlar atılır. Hər bir ölkənin öz qanunvericiliyi var. Azərbaycanın Respublikasında istismar edilən nəqliyyat vasitəsi standartların tələblərinə uyğun olmalıdır”.
http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN