• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Zəncirlənmiş parkinqlər, zəbt olunmuş həyətlər - Qaydalar necə qorunmalıdır?

Zəncirlənmiş parkinqlər, zəbt olunmuş həyətlər - Qaydalar necə qorunmalıdır?

Son günlərdə sosial şəbəkələrdə vətəndaşların daha çox narazılıq etdiyi məsələlərdən biri də binaların həyətlərində, yolların kənarlarında müxtəlif vasitələrlə özləri üçün "park yeri" düzəltmiş şəxslərlə bağlıdır. Belə ki, "bura mənim yerimdir" prinsipi ilə dəmir vasitələr, zəncir, slaqbaum və s. quraşdıraraq məhəllədaxili yollarda və səkilərdə, o cümlədən binaların həyətlərində "parkinqlər" düzəldirlər. Hətta bəzən bilməyərək hansısa sürücü onların "yerində" saxlasa maneə yaratmaq üçün qarşısını kəsirlər. Bu isə çox zaman yersiz mübahisələr və davaya çevrilir. Bəs görəsən qanunvericilikdə bununla bağlı hansı müddəlar nəzərdə tutulub?

İnzibati xətalar məcəlləsinin  354.0.4. maddəsində deyilir ki, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bununla bağlı konkret tədbirlər görmək olar. "Bu məsələ dəfələrlə qabardılıb. Hətta Fövqəladə Hallar Nazirliyinin işçiləri həmin dəmir dirəkləri bu gün kəsirdilər, sabah təzədən basdırılırdı. Odur ki, hüquqi cəhətdən buna yanaşmaq daha doğru olardı. Bir neçə dəfə həmin şəxslər cərimələnsələr o zaman ikinci dəfə bunu etməzlər."
Ekspert deyir ki, qanunda bu məsələ dəqiq əksini tapmadığına görə birbaşa müdaxilə etmək olmur. "Amma nəzərə alsaq ki, maddədə "nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə" ifadəsi var, bundan yola çıxaraq cərimə tətbiq etmək olar."


Qeyd edək ki, bu cür qanunsuz park yerləri şəhərin əksər daxili küçələrində və binaların həyətlərində var. 

Orxan

http://avtosfer.az/


скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN