• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Səs-küyə və zəhərli qazlara son qoyan avtomobil – Toyota RAV4 hibrid

Səs-küyə və zəhərli qazlara son qoyan avtomobil – Toyota RAV4 hibrid

Azərbaycana ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin gətirilməsi artıq dövlət siyasətinə çevrilib. Çünki bu məsələ Prezident İlham Əliyevin ötən il dekabrın 27-də imzaladığı və 5 illik dövrü əhatə edən Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramında öz əksini tapıb. Proqramda qeyd olunur ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycana da ekoloji cəhətdən təmiz, elektrik və sıxılmış qazla işləyən nəqliyyat vasitələrinin gətirilməsi təmin edilməli və bu istiqamətdə stimullaşdırma olmalıdır. Bu o deməkdir ki, aidiyyatı dövlər qurumları da bu sahədə müyyən addımlar atmalıdırlar.
Proqramın təsdiqindən cəmi 3 ay sonra dünyanın avtomobil nəhənglərindən sayılan Toyota Azərbaycana hibrid avtomobillərin gətirilməsinə start verdi. Fevralın sonuncu günü Gürcüstanda təqdimatı keçirilən bu avtomobilin Azərbaycana gətirilməsinə martın 1-dən start verilib.

RAV4-ün hibrid modeli ilə görüş sizi cəlb edəcək

Bəri başdan qeyd edim ki, Toyota RAV4 modelinin hibrid versiyası artıq Azərbaycanda satılır və həmin avtomobillərlər Toyota Bakı, Toyota Abşeron və Toyota Gəncə mərkəzlərində tanış olmaq mümkündür. Siz hətta avtomobilin test yürüşlərində də iştirak edə bilərsiniz. Əminəm ki, RAV4-ün hibrid modeli ilə görüş sizi cəlb edəcək və ilk fürsətdə bu avtomobili əldə etməyə çalışacaqsınız...
Avtomobil barədə düşüncələrimi bölüşmək istərdim. Öncə onu qeyd edim ki, Toyota RAV4 sizi çaşdıra bilər. Siz hətta mühərrik işlək vəziyyətdə olduqda belə ona yaxınlaşanda avtomobilin işlək vəziyyətdə olmadığını düşünəcəksiniz. Çünki hibrid mühərrikli RAV4 həm ekoloji cəhətdən təmizdir, yəni, havaya zəhərli qazları az ixrac edir, həm də səssizlik mühiti yaradır. Avtomobil elektrik enerjisi ilə çalışdığı üçün mühərrik hissəsində adət etdiyimiz səs-küyü eşitməyəcəyik. Bu o deməkdir ki, avtomobili mühərriki işlək halda həyətdə, yolda, parkinqdə saxlayanda nə özümüzü, nə də ətrafdakıları zəhərləyəcəyik.
Dünyanın bir çox ölkəsində hibrid avtomobillər geniş yayılıb. Ətraf mühitlə bağlı narahatlıqlara cavab olaraq Toyota 1993-cü ilin yazında özünün 21-ci əsr avtomobil layihəsi üçün çox yüksək hədəf təyin etdi – eyni sinif avtomobillər arasında yanacağa iki dəfədən çox qənaət, CO2 emissiyasının azaldılması, beş böyük oturacağın təmin edilməsi və kompakt dizaynda salona maksimal genişliyin verilməsi. Məqsədə nail olmağın yollarını dəfələrlə axtardıqdan sonra Toyota 1995-ci ilin iyun ayında daxili yanma mühərriki ilə elektrik mühərrikli hibrid sistemini qəbul etmək qərarına gəldi. 2 il yarımdan sonra, 1997-ci ilin dekabrında Toyota özünün innovativ hibrid texnologiyasını yeni model ilə - Toyota Prius ilə dünyaya təqdim edərək ənənəvi sürmə tərzini geridə buraxdı.
Qabaqcıl hibrid olaraq Toyota bu 20 il ərzində özünün innovativ, özü enerji yığan hibrid avtomobillərini təkmilləşdirməkdə davam edir və indi özünə rəqib tanımayan və hər həyat tərzinə uyğun dəbli, çevik və səmərəli hibrid modelləri ilə dünyaya səs salıb. Bu səbəbdən də dünyada 12 milyondan çox insan Toyota hibridi seçir.
Gəlin, Toyota hibridi sürücülər üçün cəlbedici edən amillərə nəzər salaq:

100 km-ə 4.6 litrə qədər aşağı yanacaq sərfiyyatı

Toyota hibridlər öz siniflərində yanacaq sərfiyyatı baxımından ən sərfəli avtomobillərdəndir. Qısa məsafəli səyahətlərdə aşağı sürətdə və ya tez-tez dayanmaqla səyahət zamanı bu avtomobillər ümumiyyətlə yanacaq sərf etmir. Bunun səbəbi isə ondadır ki, hibridlər mümkün olduqca öz elektrik mühərriki və hibrid akkumulyatoru hesabına işləyir. Məsələn, Yeni nəsil RAV4 hibrid 100 km-ə 4.6 litrə qədər aşağı yanacaq sərfiyyatı ilə öyünür.
Bütün Toyota hibridlər özü enerji yığdığı üçün regenerativ əyləc texnologiyası ilə təchiz olunublar. Bu o deməkdir ki, siz əyləcə basdığınız və ya hərəkəti yavaşlatdığınız zaman yaranan elektrik enerjisi akkumulyatora yığılır. Bu isə sonradan sizə sırf elektrik enerjisi ilə hərəkət etməyə və səyahətinizi yanacağa daha çox qənaətlə davam etdirməyə imkan yaradır. Nəticə? Sıfır yanacaq sərfiyyatı, sıfır azot oksidi və asılı hissəciklərin emissiyası və şəhərdaxili hərəkətinizin 50 faizə qədərinin səssiz olması.
Bəzən sürücülər sual verir ki, hibrid avtomobili saxlamaq, idarə etmək çətindirmi? İlk növbədə xərclər, ənənəvi avtomobillərdən fərqli cəhətlər sual doğurur. Elə isə bilin ki, hibrid avtomobil texnologiyası ilə bağlı mürəkkəb heç nə yoxdur. Əslində, Toyota hibridi sürmək hətta adət etdiyiniz avtomobilləri sürməkdən daha asan ola bilər. Özü enerji yığan Hibrid sistemimiz elektrik enerjisi ilə səssiz hərəkətdən benzinlə çevik hərəkətə keçə və ya sizə lazım olan anda daha artıq güc vermək üçün ikisini eyni anda işlədə bilər. Heç bir dəstək, düymə və ya açara ehtiyac yoxdur. Bununla yanaşı, bütün Toyota hibridləri avtomatik transmissiyalarla təchiz edilib. Belə ki, siz ötürmələr qutusunu “Drive” rejiminə keçirməklə rahat və komfortlu hibrid təəssüratı üçün arxaya söykənə bilərsiniz.
Toyota Hibridin qabaqcıl akkumulyator texnologiyası avtomobilin uzunmüddətli istismarına uyğun olaraq hazırlanıb. Daha az aşınan əyləc bəndləri kimi hissələr, eləcə də ənənəvi servis planları ilə texniki xidmət xərcləri 5% daha azdır.

Təhlükəsiz Toyota RAV4

Toyotada avtomobillər elə dizayn olunur ki, təhlükəsizlik avtomobilin funksiyalarından öndə gəlir – bu, avtomobilləri sürən şəxslərin həyatı deməkdir. RAV4 də bu baxımdan təhlükəsizlik standartlarının ən müsir elementlərini özündə birləşdirir.
Yeni nəsil Corolla, Yeni nəsil Rav4, Camry, C-HR və LC 200 Toyota Safety Sense ilə təchiz edilmiş modellərdir. Bəs Toyota Safety Sense tam olaraq necə işləyir? TSS hərəkət zamanı sürücüyə yardım edən təhlükəsizlik sistemlərinin ümumiləşdirilmiş adıdır.
Yeni 2.0 litrlik birbaşa inyeksiyalı benzin mühərriki ilə yanaşı, yeni RAV4 özü enerji yığan hibrid transmissiya – Qərbi Avropada model üzrə müştərilərin mütləq əksəriyyətinin seçimini (2018-ci ildə 85%) – təklif etməklə öz sinfində unikal mövqeyini qoruyub saxlayır. Ön ötürücülü hərəkətdə 218 DİN at gücü, tam ötürücülü hərəkətdə isə 222 DİN at gücü təmin edən 2,5 litrlik benzin Hybrid Dinamic Force öz sinfində yanacağa ən yaxşı qənaət göstəricisi (qarışıq tsiklli yanacaq sərfiyyatı 4,6l/100 km*) və emissiya səviyyələri ilə (100 q/km*) enerjidə, çeviklik və səmərəlilikdə dəyişiklik gətirir. Eyni zamanda, tam ötürücülü hərəkət sistemləri “istənilən yolda idarəetmə” qabiliyyətinə nail olmaq məqsədilə hərtərəfli qaydada təkmilləşdirilib.
RAV4 yolsuzluq avtomobili kimi də öz sözünü deyir. Yeni modeldə biz bunu əyani şəkildə gördük. Yolsuzluq şəraitində RAV4-ün yeni və köhnə modellərini test etdikdə səs-küyü və səssizliyi çox aydın şəkildə duymaq olur. Avtomobilin qabaq və arxa alt hissəsinin sərt enişdə və sərt yoxuşda yerə sürtünməsi daha çox hiss olunursa yeni modeldə bunu hiss etməyəcəksiniz. Mühərrikin səs-küyündən əlavə digər səslər də sizi narahat etməyəcək.

Qiymətlər alıcılar üçün daha əlçatan olacaq

Üstün cəhətləri ilə öz seqmentinə meydan oxuyan RAV4-ün Azərbaycan bazarına ayaq açması təqdir olunmalıdır. Ola bilsin ki, qiymətlər müştərilərə qəribə görünsün. Lakin düşünürük ki, dövlət səviyyəsində hibrid avtomobillərinə diqqət göstəriləcəyi təqdirdə qiymətlər alıcılar üçün daha əlçatan olacaq. Hazırda hibdir avtomobillərlər bağlı gömrük rüsumlarının hesablanmasında qeyri-müəyyənlik var. Üstəlik, bu tip nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi üçün dövlət səviyyəsində addımlar atılması tapşırılıbsa rüsumlara yenidən baxılması və ucuzlaşdırılması faydalı olardı. Cənab Prezident belə avtomobillərin gətirilməsinin stimullaşdırılması deyərkən şübhəsiz ki, bir çox məsələlərin araşdırılıb təkliflərin verilməsini də nəzərdə tutur.

50 faiz səssizlik

Odur ki, rüsumları aşağı salmaqla hibrid avtomobillərin Azərbaycana gətirilməsini sürətləndirmək olar. Bununla həm avtomobil qarajımıza yeni avtomobillər daxil olacaq, həm də 20 ilin dizel mühərrikli zay avtomobillərindən canımızı qurtara bilərik. Axı ekologiyanı qorumaq hamımızın borcudur. Köhnə avtomobillər artdıqca zəhərli qazlar da çoxalır. Biz isə bunu arzulamırıq. Sağlam mühitdə yaşamaq üçün bir çox sahələrdə yeniliklərə imkan yaradılmalıdır. Nəqliyyat sahəsini də unutmaq olmaz. Azərbaycanda hibrid avtomobillərin istehsalı yoxdursa bu cür nəqliyyat vasitələrinin ölkəmizə gətirilməsinə geniş imkanlar yaratmalıyıq. Bununla biz ekoloji cəhətdən təmiz mühit, ən azından 50 faiz səssizlik qazanmış olarıq. Bu gün Bakı kimi sıx şəhərlərin problemi təkcə avtomobillərin ixrac etdiyi zəhərli qazlar deyil. Eyni zamanda avtomobillərin çıxardığı səs də ekoloji problemdir. Toyota hibdirdlə şəhər mühitində səssizliyi təmin etmək üçün mükəmməl avtomobillərdir.

 

Elməddin Muradlı

http://avtosfer.az/
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN