• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Yol polisindən internetdə nömrə satanlarla bağlı - AÇIQLAMA

Yol polisindən internetdə nömrə satanlarla bağlı - AÇIQLAMA

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə, həmçinin alqı-satqı saytlarında avtomobil dövlət nömrə nişanının satışı üçün elanlara rast gəlinir. Avtosfer.az xəbər verir ki, bu elanlarda nəqliyyat vasitələri üçün nəzərdə tutulan dövlət nömrə nişanlarına fantastik qiymətlər qoyulur. Hətta yalnız hüquqi şəxslərə məxsus avtomobillərə verilən "AA" seriyalı nömrələrin satışına da rast gəlinir ki, qiyməti 30-50 min manat arası göstərilir. Ümumiyyətlə 300 manatdan 50 min manata qədər olan nömrələrin satışı ilə bağlı elanlar olur.

Məsələ ilə bağlı Avtosfer.az saytı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, dövlət nömrə nişanlarının satışına dair elanların əksəriyyəti təhkim olunduğu nəqliyyat vasitələri sahiblərinin xəbəri olmadan saytlara yerləşdirilib. Yol polisi onların bir çoxuna zəng edib və məlum olub ki, nömrə sahiblərinin həmin nömrələrin satışa çıxarılması və elan olaraq yerləşdirilməsindən ümumiyyətlə xəbəri yoxdur. Bəziləri isə nömrələrin deyil, hazırda həmin nömrələr üzərində olan avtomobillərin satışı barədə elan verdiklərini bildiriblər. Yol polisi bir daha vətəndaşların diqqətinə çatdırır ki, bu cür elanlara inanmasınlar. Çünki bunun heç bir hüquqi əsası yoxdur. Qeydiyyat nişanları yalnız yol polisindən alına bilər və bunun üçün də qanunvericilikdə qaydalar izah olunub. Adi nömrələrə görə 35 manat, rəqəmlərin və hərflərin kombinasiyasından asılı olaraq digər nömrələrə görə isə 1000 manatdan 3000 manata qədər dövlət rüsumu ödənilməlidir. Nömrə almaq istəyənlər bunun üçün rəsmi olaraq DYP-nin imtahan qeydiyyat şöbələrinə müraciət etməli və sərfiyyatda mövcud olan nömrələr barədə məlumat aldıqdan sonra sərbəst şəkildə seçim etməlidir. Hər bir şəxs seçim etdiyi dövlət qeydiyyat nişanının rüsumunu bank vasitəsilə ödəməklə onu əldə edə bilər. 

Kamran Əliyev onu da bildirib ki, belə nömrə sahibləri onlardan xəbərsiz nömrənin satışa çıxarıldığını bilsələr və ya görsələr bu haqda məlumat yerləşdirilmiş saytların rəhbərliyinə, bu mümkün olmadıqda isə yol polisinə müraciət etsinlər. Ümumiyyətlə avtomobil həvəskarlarını dəfələrlə xəbərdar etmişik ki, vətəndaşlarımız bu cür uydurma elanlara inanmasınlar.


Orxan Əli



скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN