• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Yol hərəkəti cərimələri bu ödəniş sistemi ilə ödənilə biləcək

Yol hərəkəti cərimələri bu ödəniş sistemi ilə ödənilə biləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin “SmartPay” ödəniş sistemi istifadəçilərinə yeni imkanlar təqdim edir.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi bundan sonra artıq “SmartPay” ödəmə sistemi vasitəsilə də mümkün olacaq. Həmçinin “SmartPay” ödəmə sisteminə yeni inteqrasiya edilmiş xidmət vasitəsilə gömrük yığımlarını da ödəmək mümkündür.

Qeyd edək ki, vətəndaşlar “SmartPay” ödəmə sistemi vasitəsi ilə kommunal ödənişlər, mobil nömrələrdə balansın artırılması, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və sair bu kimi xidmətlərdən yararlana bilərlər. “SmartPay” 70 poçt filialı, 1211 poçt şöbəsində 60 ödəmə terminalı, 60-dan çox xidmət üzrə, 2326 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir. Eyni zamanda, ödəmələri “smartpay.az” saytı vasitəsilə də istənilən məkandan həyata keçirmək mümkündür.

“SmartPay” ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini və mühafizəsini təmin edir.

avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN