• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Yeni sürücülük vəsiqələri nə vaxtdan veriləcək? - Hamı dəyişdirməyə məcburdurmu?

Yeni sürücülük vəsiqələri nə vaxtdan veriləcək? - Hamı dəyişdirməyə məcburdurmu?

"Yaxın günlərdə yeni nümunəli sürücülük vəsiqəsi əldə etmək mümükn olacaq". Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanunda bu il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərə uyğun olaraq, sürücülük vəsiqəsinin yeni nümunəsi artıq təsdiq olundu: "Yəqin, yaxın günlərdə DYP bu vəsiqələri verməyə başlayacaq. Hazırda istifadə etdiyimiz vəsiqələrdəki 2 qüsur yeni nümunədə aradan qaldırılır. Qüsurlardan biri vəsiqələrimizdə latın əlifbasında olmayan hərflərlə (ə, ö, ü, ş, ç, ğ, ı) bağlı idi. İkincisi isə məlumatların qeyd olunma ardıcıllığı ilə bağlıydı. Hər ikisi həll olundu. Yeni vəsiqələrin qüvvəyə minməsi mövcud vəsiqələrin hamısının dəyişdirilməsini məcbur etmir. Qanuna əsasən, yeni nümunə qüvvəyə mindikdən sonra verilən və dəyişdirilən bütün vəsiqələr yeni olacaq. İstifadə müddəti bitməyən indiki vəsiqələr isə son tarixinədək etibarlıdır və onları dəyişmək məcburi deyil. Amma kimsə istəsə, etibarlılıq müddəti bitməyən vəsiqələri də yenisinə dəyişə bilər".

 

Elmin

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN