• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

DİN-dən sürücülərə - Maşını belə saxlamayın - FOTO

DİN-dən sürücülərə - Maşını belə saxlamayın - FOTO

Son günlər Bakıda avtomobillərin qarət edilməsi halları artıb. Bunu nəzərə alaraq Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinə müraciət edib. Avtosfer.az-ın məlumatına görə, Nazirlik sürücülərin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyaların, sənədlərin və əl çantalarının bəzi qanun pozuntusuna meyilli olan şəxslər tərəfindən oğurlanma ehtimalı ola bilər. Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, təhlükəsizlik kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.
 

Elmin

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN