• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Azərbaycanda elektromobillər niyə azdır? - Dövlət dəstəyi yoxdur

Azərbaycanda elektromobillər niyə azdır? - Dövlət dəstəyi yoxdur

Benzinin qiymətinin yüksək olduğu, eləcə də zəhərli qazların havaya buraxılmasının ciddi bir problemə çevrildiyi zamanda elektromobillərin istifadəsi qənaətbəxşdir. Bəs ölkəmizdə elektromobillərdən istifadə və bu avtomobillərin Azərbaycana  idxalı hansı səviyyədədir? Bu barədə Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Modern.az-a danışıb. “Artıq 10 ilə yaxındır ki, Azərbaycana elektromobillər, hibrid avtomobillər gətirilir. Bu avtomobillərin ən mühüm keyfiyyətlərindən biri mühərrikin səssiz işləməsidir. Eyni zamanda, hibrid avtomobillərdə mühərrik işə salınarkən yanacaq sərfiyyatı yoxdur, bu da öz nöbəsində qənaət deməkdir. Bu avtomobillərin istehsalı bütün dünyada yanacaqdan imtinaya səbəb olacaq bir stimuldur. Artıq Toyota Azərbaycan şirkəti "Toyota RAV4" modelinin hibrid variantını ölkəmizə gətirməyə başlayıb".

Elektromobillər tam olaraq elektrik gücünə işlədiyinə görə Azərbaycan mühiti üçün bir az çətinlik yaradır. Məsələn hibrid avtomobillərdə benzin mühərriki işə düşdükdə elektriklə işləyən mühərrik itirdiyi enerjini avtomatik bərpa edir. Biz belə avtomobilləri həm şəhər daxilində, həm də regionlarda asanlıqla istifadə edə bilərik.
Elektromobilləri isə yalnız şəhər daxilində istifadə edə bilirik. Çünki bu avtomobillər sırf elektriklə işləyir və elektrik enerjisinin bərpası üçün stansiyalar yalnız Bakıda mövcuddur. Çox təəssüf olsun ki, SOCAR və digər iri şirkətlər bu məsləyə o qədər də ciddi yanaşmır. SOCAR İsveçrədə elektromobillər üçün enerjidoldurma məntəqəsi tikir, Azərbaycanda isə yanacaqdoldurma məntəqələrinin bir küncündə də olsa enerji doldurmaq üçün şərait yaratmır.

2018-ci il dekabrın 27-də cənab prezident “Yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramı”nı təsdiq edib. Həmin  proqramda göstərilir ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə şərait yaradılmalıdır. Gömrük Komitəsində bu maşınların ölkəyə gətirilməsi ilə bağlı ciddi problemlər var. Belə ki, gətirilən maşın dəyərinin 15%-i həcmində vergi ödənməlidir. Bu da əlavə xərc olduğu üçün insanlar bu maşının ölkəyə gətirilməsində bir o qədər də maraqlı deyillər. 15-20 il əvvələ nisbətdə yanacağın keyfiyyəti xeyli aşağı düşüb. Buna görə də yanacağın hazırda atmosferə vurduğu ziyan böyükdür. Dünyanın bir çox ölkələrində elektromobil sürücüləri üçün əlverişli şərait yaradılır. Belə ki, mağazaətrafı yerlərdə, ümumilikdə şəhər daxilində belə avtomobillərin enerji yığması üçün əlverişli şərait yaradılıb. Çox təəssüf ki, ölkəmizdə  bu barədə vəziyyət mürəkkəbdir, əlverişli şərait yoxdur. Bu yaxınlarda Gömrük Komitəsininn sədri açıqlama verdi ki, gələcəkdə bu avtomobillərin gömrük xərclərinə yenidən baxılsın, qiymətlərdə ucuzlaşma olsun”.

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN