• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

İctimai nəqliyyatda nağdsız ödənişlər tətbiq ediləcək - MÜZAKİRƏLƏR BAŞLADI

İctimai nəqliyyatda nağdsız ödənişlər tətbiq ediləcək - MÜZAKİRƏLƏR BAŞLADI

Mərkəzi Bankın rəhbərliyi ilə Mastercard beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri arasında görüş keçirilib. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, görüşün mövzusu ölkədə nağdsız hesablaşmaların inkişafı, müasir ödəniş həllərinin tətbiqi və bu kontekstdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən tədbirlərin müzakirəsi olub. Görüş zamanı bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Mərkəzi Bankla birlikdə 2018-ci ilin yekunları üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsi həyata keçirilib, bütövlükdə qeyd edilən dövr üzrə görülən işlərə müsbət rəy verilib. Qiymətləndirmənin nəticələri üzrə hesabat dövlət başçısına təqdim edilib.

Vurğulanıb ki, görülən tədbirlər nəticəsində 2018-ci il üzrə elektron ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi ötən illə müqayisədə 31%, kartlarla aparılan nağdsız əməliyyatların həcmi isə 70% artıb. 2019-cu ilin I rübünün dinamikası da müsbət olmuş və ümumi kart dövriyyəsində nağdsızın payı 20%-ə çatıb.

Görüş zamanı Dövlət Proqramında nəzərdə tutulmuş strateji hədəflərin realizasiyası üzrə növbəti dövr üçün qarşılıqlı fəaliyyət istiqamətləri müzakirə edilib və nəqliyyat sektorunda, təhsil müəssisələrində müasir nağdsız ödəniş imkanlarının yaradılması, yeni innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi, bank əməkdaşlarının peşəkar bilik səviyyəsinin və əhalinin maliyyə savadlılığının artırılması kimi sahələrdə birgə əməkdaşlıq barədə razılığa gəlinib.

Həmin gün eyni zamanda ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiq edilməsi imkanlarınının müzakirə edilməsi məqsədilə Mərkəzi Bankın, Bakı Metropoliteninin və Mastercardın rəhbər şəxslərinin iştirakı ilə birgə görüş keçirilib. Görüş zamanı ictimai nəqliyyatda nağdsız ödəniş alətlərin tətbiqi, bu sahədə ən son nailiyyətləri, beynəlxalq təcrübə və birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Bildiririk ki, cari ilin fevral ayında Baki Nəqliyyat Agentliyində və Sumqayıt şəhər İcra Hakimiyyətində nəqliyyat infrastrukturunun nümayədələrinin iştirakı ilə anoloji görüşlər həyata keçirilib, ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi imkanları müzakirə edilib.

Görülən işlərin əsas məqsədi cəmiyyətdə rəqəmsal ödəniş mədəniyyətinin formalaşdırılması, nağdsız ödənişlərin tətbiqi imkanlarının genişləndirilməsi, iqtisadi dövriyyədə nağdsız ödənişlərin həcminin artırılması və nağd dövriyyənin azaldılmasıdır.

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN