• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

"Təhlükəli sürərsə" hara zəng edək? - pozulmuş şirkət nömrələri - FOTO

Bəzi şirkət maşınları avtomobilin, yaxud yük maşınının üzərinə “Təhlükəli sürərsə” filan nömrəyə zəng edin kimi elan yazır. Əslində bununla şirkətlər ciddi nəzarət sisteminin olduğunu, şirkətin qarajının mövcudluğunu sübut etmək istəyirlər.

Bəzən həmin nömrələrə zəng vuranda ya cavab verən olmur, ya da ümumiyyətlə zəng çatmır. Amma bir çox hallarda həmin nömrələrə sadəcə zəng etmək olmur. Çünki sürücülər nömrələrin ilk və ya son rəqəmini pozurlar. Bununla da telefon nömrəsini müəyyən etmək olmur.

Məsələn, oxuculardan biri tərəfindən göndərilən fotoda 99 JM 545 dövlət nömrə nişanlı, “Qazel” markalı yük maşınını sürücüsü də nömrələrin sonuncu rəqəmlərini pozub. Bununla da hətta şəhərdə “avtoşluq” etsə belə vətəndaşın şirkətə zəng etməsi sadəcə mümkün deyil.


Avtosfer.az bu barədə əvvəllər də yazmışdı. Şəhərdə bu cür sürücülərin az olmadığı bildirilmişdi. Görünür ki, bu nömrələ sadəcə görüntü xatirinə vurulur. Çünki qaraj olsaydı ən azından buna nəzarət mexanizmi də olardı. Yaxşı olar ki, işləməyən, cavab verilməyən, yaxud sürücülər tərəfindən silinən nömrələri şirkətlər avtomobilin üzərinə vurmasınlar. Bununla ancaq özlərini gülünc duruma düşürmüş olurlar.

Orxan Əli

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN