• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Bakıda ilk əlaqələndirici prospekt yaradılacaq - VİDEO

Bakıda ilk əlaqələndirici prospekt yaradılacaq - VİDEO

Bakıda 4 böyük prospekti birləşdirən və eni 80 metr olan yeni yol çəkiləcək. Artıq "Bakı Ağ Şəhər" çərçivəsində 80 metr enində yeni əlaqələndirici prospektin layihələndirilməsi işləri başlayıb. 4 prospekti birləşdirəcək yeni yol məhz ağ şəhərdən başlayacaq. Ağ Şəhərin şərqindən başlayacaq yeni yolun layihələndirilməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır. Qurumun sözçüsü Anar Nəcəfli deyir ki, yeni yolda Nobel və Babək prospektlərinin kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi planlaşdırılır.
Sakinlərin alternativ nəqliyyat vasitələrindən rahat istifadəsi üçün sözügedən yolda inşası nəzərdə tutulmuş "Ağ Şəhər 2" metro stansiyasına da keçidlər nəzərdə tutulub.
Yeni yol son mərhələdə keçmiş şəfa stadionunun yanından keçməklə ziya bünyadov prospektinə birləşəcək.
 скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN