• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Yollarda sürücülərin sənədlərini yoxlayan robot təqdim olunub

Yollarda sürücülərin sənədlərini yoxlayan robot təqdim olunub

ABŞ-ın qeyri-kommersiya elmi tədqiqat institutu “SRI International”ın mühəndisi Ruben Bryuer yolda sürücülərin sənədlərinin yoxlanılması zamanı patrul polisini əvəz edə bilən robotun prototipini yaradıb.

Robot onun sürücü pəncərəsi qarşısında dayanması üçün irəli hərəkət edən teleskopik ştanqla patrul avtomobilinin sol bortuna bərkidilib. Sürücü ilə ünsiyyət üçün polis robotun ekran və kamerasından, həmçinin sənədlər üçün skaner və printerdən istifadə edir. Kiçik videoçarx patrulun sürücü ilə ünsiyyəti prosesini nümayiş etdirir.

hitech.newsru.com saytının məlumatına görə, yollarda patrul əvəzinə robotdan istifadə olunması sürücü və patrul arasında münaqişə yaranması ehtimalını azaldacaq, həmçinin sükan arxasında silahlı cinayətkar olan avtomobil dayanarsa zabitləri yaralanmalardan və həlak olmadan qorumağa imkan verəcək.

Qeyd edək ki, hər il ABŞ yollarında bu kimi münaqişələr nəticəsində 100 sürücü və patrul həlak olur.

ict.az

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN