• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

“Hazırda avtomobil bazarında canlanma müşahidə edilir. Təəssüf ki, ölkəyə Çindən işlənmiş maşınlar, xarici ölkələrdən dizel mühərrikli avtomobillər daha çox gətirilir”.

Bunu Metbuat.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, ölkəmizə gətirilib ucuz qiymətə satılan Gürcüstan istehsalı avtomobillər əzilmiş, parçalanmış maşınlardan hazırlanır. Əhalinin bahalı maşın almaq imkanı olmadığı üçün ucuz maşın axtarırlar. Təəssüf ki, həmin maşınlar yollarımızda ölüm təhlükəsi saçır. Qəza olan kimi parçalanır, qəfildən alışıb-yanırlar.

Ekspert bildirib ki, havalar isindikcə insanlar komfortlu, kondisionerli maşın axtarırlar. Yay aylarında ölkəyə turistlər gəldiyi üçün Rusiya istehsalı “VAZ 21-06, VAZ 21-07” avtomobilləri ilə taksi xidməti göstərən sürücülər, maşınlarını “OPEL”, “Mercedes”ə dəyişməyə çalışırlar. Çünki, turistlər köhnə Rusiya istehsalı olan taksilərə üstünlük vermirlər. Əlbəttə, bu yaxşı seçimdir. Sürücülər özləri də bəzən bezirlər. Çox istərdik ki, avtomobillərin gömrük rüsumları azaldılsın. İnsanlar Gürcüstandan gətirilmiş əzilmiş maşınları yox, birbaşa xarici ölkələrdən işlənmiş də olsa, normal maşın gətirə bilsinlər..

Ekspert avtomobillərin qiymətində cüzi artım olduğunu bildirib:

“Qiymətlər hələ ki, stabildir. Cüzi artım müşahidə olunur. Alıcılıq qabiliyyəti o qədər də yüksək olmadığına görə, bir-iki həftə əvvəl 14-15 minə satılan avtomobillər, 2 həftə sonra 13 minə, 12 minə satılır ki, əldə qalmasın”.

Avtomobil mühitimiz çox bərbad vəziyyətdədir

“Bu gün avtomobil bazarında satılan maşınların əksəriyyətinin ya mühərrikində problem var, ya bir neçə dəfə vurulmuş maşınlardır, əgər qiyməti ucuzdursa, xarici ölkələrdə sunamiyə, selə-suya düşmüş maşınlardır. Biz onları üstünün gözəlliyinə aldanıb alırıq, içərisinin nə vəziyyətdə olduğunu bilmirik. Ona görə də, həmin maşınlar bir müddət sonra pas atıb çürüyür, alışıb yanır”-deyə Elməddin Muradlı vurğulayıb.

Ekspertin sözlərinə görə, ölkəmizdə alıcılar daha çox Almaniya istehsalı " Mercedes" markalı avtomobillərə üstünlük verirlər. 2-ci yerdə isə Yaponiya istehsalı, "Toyota" avtomobilləri gəlir. Ümumiyyətlə, alıcılar mühərrik həcmi kiçik maşınlara üstünlük verir. Çox təəssüf ki, başqa ölkələrin imtina etdiyi dizel mühərrikli avtomobillər bizdə daha çox satılır.

Ekspert Elməddin Muradlı yayda maşınların qiymətində ucuzlaşma gözlənilmədiyini bildirib.

"Ucuzlaşma adətən payızın sonu, qış aylarında olur. Bu da cüzi baş verir. Bazardakı alverçilər il ərzində qiymətləri elə tənzimliyirlər ki, ilin yükununda baxanda görürük ki, heç bir ucuzlaşma olmayıb. Əksinə 500-1000 manat artım var"-deyə ekspert əlavə edib.



скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN