• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Avtomobil fənəri(fara) haqqında - Maraqlı faktlar

Avtomobil fənəri(fara) haqqında - Maraqlı faktlar

FARA HAQQINDA

Fara (yun. "Faros") - nəqliyyat vasitəsinin ön hissəsinə quraşdırılmış, ətrafı, yolu işıqlandırmaq üçün hazırlanmış istiqamətləndirici işıq mənbəyidir.

QURULUŞU

Fara işıq mənbəyindən, əksedicidən (reflektor), büzməli şüşədən (işıq yayıcı) və tutacaqdan (bərkidici) ibarətdir. İşıq mənbəyi (közərmə, LED, metalhalogen, ksenon, halogen) adətən tənzimlənən/dəyişdirilə bilən gücə malikdir. Közərmə lampalarında bu, ümumiyyətlə iki közərmə telinin olmasıdır: uzaq vuran işıq, reflektorun mərkəzində yerləşən yüksək güclü teldən (və ya hər ikisi eyni zamanda qoşulur) verir, yaxın işığı, bir qayda olaraq irəli reflektorun fokusundan qarışımış (məsələn, ikitelli H4 lampası) az güclü tel vurur.

Demək olar ki, istənilən nəqliyyat vasitəsi faralarla təchiz olunur (iki fara olduqda, onlar nəqliyyat vasitəsinin uzununa oxuna simmetrik şəkildə yerləşdirilməlidir). Bir çox avtomobildə duman əlehinə işıqları var. Xüsusi nəqliyyat vasitələrində müxtəlif istiqamətlərdə dönə bilən axtarış işıqları var (projektor). Traktorlarda və digər işləyən nəqliyyat vasitələrində arxa tərəfdə faralar quraşdırılıb ki, bu da qoşqulu maşınları və cihazları müşahidə etməyə imkan verir.

Adi seriyalı avtomobillərdə işıq mənbəyi kimi ən parlaq LED-lərdən istifadə edilən faralar böyük populyarlıq qazanır. LED-lərin müsbət cəhəti 30000-dən 100000 saata qədər təşkil edən ultra aşağı enerji istehlakı və uzun ömürlü olmasıdır. Məsələn, adi bir avtomobil halogen lampasının 2000 saatlıq qaynağı var.

Avtomobil istehsalçının LED faralar quraşdırdığı seriyalı avtomobillər:

Lexus LS600h

Lexus RX 450h

Toyota Prius 2010-dan bəri

Cadillac Escalade Platinum

Audi R8

AVTOMOBİL FARALARI

Avtomobillərdəki işıqlandırma texnologiyası - nəqliyyat vasitəsinin yaxınlığında ərazini işıqlandırmaq və digər yol istifadəçiləri üçün nəqliyyat vasitələrini təyin etmək üçün istifadə olunan nəqliyyat vasitəsi cihazıdır. İşıqlandırma texnologiyasına faralar, fara altlıqları, projektorlar, stop işıqlar, qabarit işıqları, gündüz işıqlar, dönmə istiqamət göstəriciləri, arxa lampalar, duman əlehinə işıqlar və fənərlər, həmçinin nömrə işıqlandırılması lampalar daxildir.

ETİMOLOGİYA

Fara sözü, dünyanın 7 möcüzəsindən biri olan Misirin İskəndəriyyə mayakının yerləşdiyi İskəndəriyyə şəhərinin yaxınlığındakı Faros adasının adından götürülüb.

Tərcümə etdi: "AVTO KLUB AZƏRBAYCAN" klubunun baş administratoru Natiq Nazimoğlu

https://www.facebook.com/groups/autoclub/

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN