• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

MITSUBISHI MOTORS haqqında - Maraqlı faktlar

MITSUBISHI MOTORS haqqında - Maraqlı faktlar

"Mitsubisi" (Mitsubishi) - avtomobillərin buraxılışında ixtisaslaşan Yaponiyanın ən böyük korporasiyalarından biridir. "Mitsubisi Motors" (Mitsubishi Motors) şöbəsi, Tokioda yerləşən mənzil-qərargahı ağır sənaye bölmələri tərkibinə daxildir (Mitsubishi Heavy Industries).

Bu hərtərəfli nəhəng samuray nəslindən olan, 1835-ci ildə anadan olmuş Yataro İvasaki tərəfindən yaradılıb, yeniyetmə yaşlarında Tosa samuray klanına məxsus gəmiçilik şirkətində işləməyə başlayıb, harada ki, müəyyən karyera zirvələrinə nail oldu və 35 yaşında (1870-ci ildə) Tosadan üç gəmi icarəyə götürərək öz şirkətini yaradıb və Tsukumo Shokai adlandırıb. Sonra adı dəyişdi - 1872-ci ildə Mitsukawa Shokai, 1874-cü ildə Mitsubishi Shokai və nəhayət 1875-ci ildə Mitsubishi Mail Steamship Company (Mitsubisi şirkətinin gəmi(пароход) poçt xidməti) adlandırıldı - bütün müasir Mitsubisi şirkətlərinin ulu babası belə yarandı. Öz banisinin hələ sağlığında ö dövrün bütün mümkün texniki yenilikləri sahəsində öz maraq dairəsini genişləndirmişdir.

"Mitsubishi" sözü "üç brilyant" kimi tərcümə olunur və bu Yataronun öz şirkəti üçün seçdiyi emblemdən baş verdi. Emblem isə belə oldu: Yataro öz klanının gerbini birləşdirdi (bir-birinin üstündə üç romb) və Тоса klanının gerbi (palıd yarpaqları). Yeri gəlmişkən, uzun illər bağlı məsələ mübahisələr doğurdu, niyə Yataro İvasaki şirkətin adında öz soyadından istifadə etməyib. Bununla o təvazökar rəhbərlik etmirdi - onun haqqında özünəinamlı, aqressiv rəhbər kimi yazırlar; buna isə səbəb o olub ki, öz əvvəlki nailiyyətlərinə görə o, Тоса klanına borclu idi - bu ailə olmadan heç nəyə nail ola bilməyəcəkdir. Toca klanı, daha doğrusu, onun gerbi, ona səbəb oldu ki, biz indi Mitsubishi markalı avtomobillərdə gedirik, Iwasaki yox. Emblem məna kəsb edir: Üç brilyant şirkətin üç iş prinsipini ifadə edir: cəmiyyət qarşısında məsuliyyət, vicdanlılıq, eləcə də beynəlxalq əməkdaşlıq üçün açıq olması.

Bir neçə ad dəyişmələrindən sonra İlk "Mitsubisi Motors" avtomobili olan "A modeli"ni (1917-ci il) istehsal etdi, bir çox hallarda Fordun maşınlarını xatırladırdı. 1921-ci ildə onların buraxılışı dayandırılmışdır, çünki Yaponiyada minik avtomobillərinə tələbat az idi.

1924-cü ildə böyük yükgötürmə qabiliyyətinə malik ağır yük maşınlarının, Fuso markalı avtobusların istehsalı başlayır. Tokionun ehtiyacları üçün zibildaşıyan və suçiləyici maşınlar buraxılır.

1935-ci ildə dizel mühərrikli ilk yapon avtobusu burada hazırlanmışdır. İkinci dünya müharibəsinin doğurduğu dağıntılardan sonra "Mitsubisi" motorollerlər və üçtəkərli yükdaşıyan avtomobillər istehsal edirdi, avtobuslar isə 1946-cı ildə yenidən peyda oldu, 1947-ci ildə isə elektrik mühərrikli avtobuslar istehsal etdi.

1945-ci ilin sonuna yaxın Mitsubisi gəmiçilik ilə yanaşı gəmi tikintisi, bank fəaliyyəti, nəqliyyat xidmətləri, faydalı qazıntıların hasilatı, daşınmaz əmlakla bağlı əməliyyatlar, kimyəvi istehsalat və bir çox digər işlər ilə məşğul olurdu. Mitsubisinin maraq dairəsinə hətta pivə zavodu da daxil idi. Məsələn, məşhur yapon pivə markası olan Kirin yaranmasına görə məhz Mitsubisiyə borcludur.

1946-cı ildə, müharibədən sonrakı dövrdə "Mizushima" adlı kiçik, etibarlı və ucuz üçtəkərli avtomobil, insanların və yüklərin qısa məsafələrə daşınması üçün ideal, münasib bir avtomobil yarandı. Tezliklə avtomobildə iki nəfər üçün qapalı kabinə qurulmağa başladı. Həmin il Mitsubisinin ilk motorolleri - "Silver Pigeon" istehsal olundu. Və yenə diqqət praktikliyinə və xərc səmərəliliyinə yönəlmişdir, lakin tarixi perspektivləri görə demək olar ki, "Silver Pigeon" Yaponiyada özəl avtomobil partlayışının əvvəlində dururdu.

1951-ci ildə şirkət asma hava sistemli T31 yük maşınını buraxır, amma T380 açılan platformalı ilk yapon yük maşını olub. "Mitsubisi"nin yük maşınları və pikapları tam qammada buraxılır, amma Avropa bazarına yalnız yüngül və orta yük avtomobilləri düşür. Ən geniş yayılmış pikap "L200" yolsuzluqla ilə əla bacarır.

Müharibədən sonrakı dövrdə minik avtomobillərinin buraxılışı 1960-ci ildə kütləvi minik avtomobili olan "Mitsubisi 500" ilə başladı.

1962-ci ildə 4 yerli ilk yığcam sinif - Мinica (Minika) avtomobili yarandı. Mitsubisi 360 (1960-cı il) şassisi üzərində yaradılmış Minica ikitaktlı hava soyuducu və iş həcmi 359 kub/sm olan mühərriklə təchiz olunmuşdur ki, bu da ən az vergi qoyulan kateqoriyaya aid etmək imkanını verirdi.

Colt 600 - daha böyük və daha rahat ailə avtomobilinin (müasir Сolt başqa sinifdə mövqe tutub) istehsalı 1962-ci ildə başlamışdır. 1965-ci ildə Mitsubishi Colt 800 - Yaponiyada ilk "fastbek" ("fastback") quraşdırılmış avtomobil yaranır.

1969-cu ildə Mitsubisi avtomobil bazarına yüksək səviyyəli çıxır. Minik avtomobili olan Colt Galant bütün yüksək keyfiyyətli və nüfuzlu avtomobil ailəsinin banisi olub, hansı ki, avtomobil yarışlarında çoxsaylı qələbə əldə edən və dəfələrlə yüksək istehlak keyfiyyətlərinə görə "İlin avtomobili" mükafatını almışdır. İlk Galantın fərqli xüsusiyyətləri aerodinamik "pazşəkilli" ban formasının olması, əlavə sıxıcı qüvvə yaratmış və yuxarı bölüşdürücü vallı Saturn mühərrik seriyası və alüminium başlıqlıq silindrlər olmuşdur. Beləliklə 1969-cu ildə Galant öz dövrünün ən yaxşı müasir işlənməsi və texnologiyalar təcəssüm etdirməklə, Yaponiyada avtomobil bazarının bütöv seqmentinin banisi oldu.

1963-cü ildə Mitsubishi Rosa kiçik avtobuslarının yeni seriyası və yüngül yük maşınları ailəsindən olan Canter yarandı. 60-cı illərin sonlarında Mitsubisi geniş modelli, yüksək keyfiyyətli avtomobillərin istehsalçısı nüfuzunu qazanır, hansı ki, fəal inkişaf edir və avtomobilqayırma sahəsində ən son texnologiyaları və işlənmələri tətbiq edir.

1970-ci ildə Mitsubishi Heavy Industries Ltd avtomobil bölməsi müstəqil olur və Mitsubishi Motors Corporation (MMC) adını alır.

1972-ci ildə Galant 16GLS mütləq hesabda 7-ci Southern Cross (Cənub Xaçı) yarışında qalib gəlir. Növbəti ildə Lancer 1600GSR (yeri gəlmişkən bir neçə aydan sonra Lancer ailəsinin avtomobillərin seriyalı istehsalına başlanılır) həmin yarışlarda qalib gəlir.

Onilliyin sonunda Мotor Fan jurnalı Mitsubishi Colt 1400GLX avtomobilini Yaponiyada "ilin Avtomobili" titulu ilə, Pickup jurnalı isə Van & 4WD Mitsubishi L200 avtomobilini "USA's Pickup of the Year" adı ilə mükafatlandırır.

1983-cü ildən "Mitsubisi" avtomobilləri asma elektron sistemi ilə təchiz olunur.

1982-ci ildə məhşur şəhər cipi "Mitsubisi-Pacero"(Pajero) buraxılır, 2000-ci ildə Avropa bazarına 5 qapılı versiyası çıxarıldı. Pajero dünyanın bir çox ölkələrinin bir çox mükafatlarına layiq görülmüşdür. 1986-cı ildə Pajero Böyük Britaniyada (UK's What Car) yolsuzluq avtomobili adlandırılıb.

Mitsubishi Space Runner/RVR mini-vanı 1983-cü ildə təqdim olunub. 1991-ci ilin mayında yeni nəsil yarandı. 1991-ci ilin payızında avtomobil Avropada Space Runner adı altında nümayiş etdirilib.

1984-cü ildə Mitsubishi Galant Almaniyanın "Das Goldene Lenkrad" (Qızıl sükan) mükafatını qazanır. Avropada və Rusiyada məşhur olan Mitsubishi Colt və Lancer avtomobilləri də eyni nüfuzlu mükafata layiq görülmüşdür.

1989-cu ildə Tokioda 3000GT/GTO idman avtomobili HSX prototipi kimi təqdim olunub. Modelin seriyalı istehsalı 1990-cı ilin payızında başlandı. 1995-ci ildə kabriolet buraxıldı. Avtomobil Dodge Stealth modelinə bənzərdir.

1991-ci ilin payızında yeni nəsil modellər təqdim olundu. 1992-ci ilin may ayından Libero universalı buraxılır. 1995-ci ilin yanvar ayında yenilənmiş, 270 at gücü mühərrikli GSR Evo III nümayiş edildi. 1995-ci ilin payızında yeni nəsil yarandı. 1999-cu ildə tamötürücülü Lancer GSR Evolution VI versiyası satışa çıxarıldı.

1991-ci ilin payızında Space Wagon/Grandis modeli Avropa bazarına daxil olub. Yeni nəsil Tokioda 1997-ci ilin oktyabr ayında, Avropada 1998-ci ildə təqdim olunub.

Güclü idman avtomobili Golf sinifindən olan Mitsubishi Eclipce 1994-cü ilin yanvar ayında ilk dəfə təqdim olunub. 1996-ci ildə yenilənmiş model yarandı.

Space Gear (Delica - yapon bazarı üçün maşının adıdır), Pajero modelinin bazasından olan minivan ilk dəfə 1994-cü ilin may ayında təqdim olunub. Yüksək qabiliyyət modifikasiyalı - Space Gear 4WD - yolsuzluq avtomobilinin şassisi üzərində qurulub.

1995-ci ildə Mitsubisi Avropada özünün ilk avtomobilini istehsal edir: Hollandiyada Nedcar zavodunun konveyerindən - Mitsubishi Мotors, Volvo və Hollandiya hökuməti arasında olan birgə müəssisədən ilk Carisma avtomobili çıxır.

1996-cı ildə Avstraliyada Sigma universalının və Taylandda L200 pikapının istehsalı başlayır.

1996-cı ildə Мitsubishi GDI (Gasoline Direct Injection) inqilabi mühərriki hazırlandı - ilk kütləvi mühərrik, silindrə birbaşa yanacaq enjeksiyalı, qənaəti birləşdirən, dizelə yaxınlaşan və benzin mühərrikinin gücü. 1997-ci ilin sonunadək Мitsubishi GDI mühərriki Galant, Pajero, Diamante, Challenger (Montero Sport), Chariot (Space Wagon), RVR (Space Runner) Yaponiyanın daxili bazarı üçün və Carisma Avropa bazarı üçün avtomobillərə quraşdırıldı.

Mini van Space Star, ilk dəfə 1998-ci ilin payızında təqdim olunub. Model Hollandiyada Volvo ilə birgə müəssisədə istehsal olunur və Avropa bazarında reallaşdırılması üçün nəzərdə tutulub.

Model Mitsubishi Colt 2001 model ili üç səviyyədə təklif olunur: Base, Comfort və Elegance.

Tərcümə etdi: AVTO KLUB AZƏRBAYCANın baş administratoru Natiq Nazimoğlu

Gəncə şəhəri, 2018-ci il

https://www.facebook.com/groups/autoclub/

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN