• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Polisin təqibindən qaçan qadın sürücünün törətdiyi qəzanın - VİDEOsu

Polisin təqibindən qaçan qadın sürücünün törətdiyi qəzanın - VİDEOsu

ABŞ-ın Florida ştatında polisdən qaçan sürücü baş gicəlləndirici qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri onu havadan təqib edən polis vertolyotunun təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Bu barədə “ABC News” telekanalının “Twitter” səhifəsində video yayımlanıb.

Kadrlarda, ağ rəngli avtomobilin yüksək sürətlə hərəkətdə olduğu, naməlum səbəblərdən onu havadan və yerdən polislərin təqib etdiyi görülür. Avtomobil bir müddət irəlilədikdən sonra, sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşır. Ardınca da polislər aşan maşını əhatəyə alırlar. Nəticədə avtomobilin sürücünün qadın olduğu məlum olur.

Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb.

Təqibin hansı səbəbdən başladığı barədə məlumat verilmir.

 

Namiq Musayev


скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN