• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Avtomobili tərk edərkən etməli olmadığınız 9 ŞEY

Avtomobili tərk edərkən etməli olmadığınız 9 ŞEY

Nəqliyyat vasitəniz müxtəlif təyinatlı əşyalar saxlamaq üçün deyil, nəqliyyat üçün istifadə olunmalıdır. Avtomobil sizin üçün nə anbar, nə qaraj və s. deyil. Avtomobilinizdə müxtəlif əşyaların saxlanmasının sağlamlığınıza və təhlükəsizliyinizə xüsusi təhlükə yarada biləcəyini nə qədəriniz bilirsiniz? Yəqin ki, çox deyil.

Dərmanı avtomobil salonunda saxlamayın


Dərmanların əksəriyyəti, qeyd olunduğu kimi, yalnız otaq temperaturunda saxlanılmalıdır. Və bəzi dərmanlar yalnız soyuducuda saxlanıla bilər. Avtomobilin içərisində qalan dərmanlar bildiyimiz kimi otaq temperaturundan uzaq olmaqyan bir yerdə saxlanılacaq. Xüsusilə, əgər yaz, yay və payız olarsa. Xeyr, əlbəttə ki, istilik bu cür dərmanları zərərli etməyəcəkdir, amma buna baxmayaraq onları daha az təsirli hala gətirə bilər və bunların hamısı, dərmanları düzgün şəraitdə saxlamama ucbatından kimyəvi xüsusiyyətlərini itirməsidir.

Elektron avadanlıqları avtomobil salonunda qoymayın

Elektron avadanlıqları niyə avtomobildə qoymaq olmaq olmaz? Bilirsinizmi? Yox? Gəlin bilək. Noutbukunuzu, mobil telefonunuzu və ya avtomobildə qalan digər bir avadanlığı oğurlaya bilərlər, bu azmış kimi yaddaş kartında saxladığınız dəyərli məlumatları itirə bilərsiniz. Planşetinizi və ya noutbukunuzu avtomobildə qoymaq məcburiyyətində qaldığınız təqdirdə, onda onları insanların görmə ehtimalından gizlədin və daşıyıcıda saxlanılan məlumatların yaxşı qorunduğuna və şifrələndiyinə əmin olun.

Bu vəziyyətdə oğrular, avadanlığınızı oğurlasalar da, daşıyıcıda saxladığınız şəxsi məlumatlarınızı görə bilməyəcəklər. Elektron cihazlarda məlumatları şifrələyərək, adi bir şifrə ilə müqayisədə özünüz üçün daha etibarlı qorunma əldə edəcəksiniz.

Avtomobil salonunda günəşdən qorunmaq üçün krem saxlamayın

Təəssüf ki, yüksək temperaturda günəşdən qoruyan kremin aktiv maddələri müalicəvi xüsusiyyətlərini itirir. Buna görə isti havada günəşdən qoruyucu kremin isti avtomobildə saxlamağı məsləhət görmürük. Bu, əlbəttə ki, kreminizin effektivliyinin azalacağına gətirib çıxaracaqdır. Bundan əlavə, günəşdən qoruyan və ya maye olan bu qab, avtomobil qalarsa, həddindən artıq istiləşmədən partlaya bilər və bununla da avtomobildə zəif ləkələr və kirlər buraxacaq.

Avtomobil salonunda su qabı saxlamayın

Bir sıra xarici elm adamlarının son məlumatlarına görə, salonda qalan bir plastik şüşə suyun insan sağlamlığı(sürücü, sərnişin) üçün təhlükəli ola biləcəyi məlum oldu. Məsələ burasındadır ki, isti havada avtomobildə qalan bir şüşə su, istinin təsiri altında ürək xəstəliyinə səbəb ola biləcək kimyəvi maddələr buraxmağa başlayır.

Bundan başqa, kimyaçılar plastik su şüşəsində (isti havada uzun müddət salonda qalmış) kanserogenlər(xərçəng maddələri) aşkar ediblər, insanlar üçün təhlükəli olan bu suyu içsəniz bədənə su ilə daxil ola bilərlər.

Əgər qızmar yay günündə birbaşa günəş şüaları təmasda olarsa, plastik şüşənin özü avtomobil salonunda yanğına səbəb ola bilər. Buradakı məsələ budur ki, şəffaf plastik şüşə, müəyyən bir şəkildə günəş şüalarını bir dəstəyə toplayaraq əsl böyüdücüyə (lupa) çevrilə bilər. Nəticədə, bu işıq şüası salonun bəzək hissəsinin ayrı-ayrı elementlərini əritməyə başlaya bilər, yekunda isə avtomobiliniz yana bilər.

Çantanızı avtomobil salonunda qoymayın

Pul qabınızı və ya çantanızı avtomobil salonuna qoymaqla, özünüz oğrulara avtomobilinizi yarmağı və ya şüşəni sındırmağı təhrik edirsiniz. Tutaq ki, çantadan bütün qiymətliləri çıxartmısız, ancaq onu salonun görünən yerində qoymağınız baş vermiş olsa belə, yenə də az risk etmirsiniz, səhər bütün salonda şüşə parçaları görə bilərsiniz. Cinayətkarları təhrik etməmək daha yaxşıdır.

Eynək

Heç vaxt salonda, xüsusən açıq yerlərdə eynək qoymayın. Bəli, avtomobil idarə edərkən eynəklərinin əvəzolunmaz bir şey olduğunu başa düşürük, amma .. (?) Onlar yalnız sizin üçün hiylə oynaya bilər, xüsusən də onları mərkəzi konsolun üstünə qoysanız.

Məsələ belədir. Sizin olmadığınız vaxt ərzində eynək, isti günəş şüalarının  təsirindən qıza bilər, nəticədə isə qızan çərçivə plastik konsolu bir az əridə, həm də çərçivənin özündə bərpa olunmayan izlər buraxa bilər.

Bir də eynəklərin şüşələri özləri, özünəməxsus linza kimi xidmət edə bilər, xüsusən günəş şüaları avtomobilin alın şüşəsindən keçirsə yuxarıda qeyd etdiyimiz salonda qalan su şüşəsi kimi. Nəticədə, günəş şüalarını tək şüaya toplayan eynək avtomobilinizin salonunda baş verən yanğının günahkarı olacaq.

Vacib sənədlər

Əgər poçtla göndərməyi və ya başqa bir şəxsə ötürməyi planlaşdırdığınız şəxsi sənədləriniz varsa, üstəlik, müəyyən bir sirri təmsil edirsə, heç bir halda bu kağızları (sənədləri) avtomobildə tərk etməyin.

Həmçinin, avtomobilinizdə vergi bəyannamələrinin surətlərini, pensiya hesabınızdan çıxarışları, bank sənədləri, qiymətli kağızlar və s. buraxmayın, çünki cinayətkarlar sizin avtomobilinizi sındırarsa, şəxsi məlumatlarınız onların əlində ola bilər və bu, bildiyiniz kimi hansı nəticələrə səbəb ola bilər. Beləliklə, sənədlərə avtomobildə yer olmadığını unutmamalıyıq. Ən yaxşısı onları ofisdə və ya evdə saxlayın.

Xarici pasport

Başqa bir ölkəyə səyahət edərkən pasportu avtomobilinizdə(və ya kiminsə) tərk etməyin. Bəli, bəli, biz gülmürük. Bu sizə mane olarsa, çox həcmli görünərsə və ya özünüzlə gəzdirmək rahat deyilsə, istənilən halda yenə də avtomobildə qoymayın. Bir səfərdə pasportunuzu itirirsinizsə və ya sadəcə oğurlanırsa, evə qayıtmaqda çox çətinlik çəkəcəksiniz.

Şərab

Və sonuncusu. Avtomobil salonunda şərab qoymayın, çünki onun təkrarolunmaz dadını korlamaq riskiniz var. Bu, xüsusilə salonda temperaturun yüksəldiyi isti mövsümlə əlaqədardır. Məsələ ondadır ki, əgər avtomobilin salonu çox isti olarsa, onda salonda qoyduğunuz şərab şüşəsi salondakı temperatur qədər isti olacaq.

Nəticədə məlum olur ki, istidə qapalı avtomobil salonundakı hər hansı bir şərab yalnız özünəməxsus dadını və ətirini itirir. Həm də şüşənin özünün qızmasından içərisindəki maye isinməyə və genişlənməyə başlayacaq  bu da əlbəttə ki, qapağın yuxarıya doğru atmasına gətirib çıxaracaqdır. Bu, mikroorqanizmlərin şüşəyə düşməsinə və şərabın dadını təbii olaraq dəyişdirməsinə səbəb olacaq.

 

Natiq Nazimoğlu




скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN