• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Lüks seqmentində ən çox satılan avtomobillərin REYTİNQİ

Lüks seqmentində ən çox satılan avtomobillərin REYTİNQİ

2020-ci ilin birinci yarısında, Rusiyada lüks seqmentində 532 yeni avtomobil satılıb. Avtosfer.az xəbər verir ki, bu da ötən ilin analoji göstəricindən 20% azdır.

Müvafiq məlumatları “Avtostat” analitik agentliyi araşdırıb.

Bununla da, yarım ilin nəticələrinə əsasən, 7 markadan 3-ü artım göstərib.

Söhbət, “Ferrari” (+21% 17 ədədə qədər), “Lamborghini” (+12% 77 ədədə qədər), “Rolls-Royce” (+3% 79 ədədə qədər) brendlərindən gedir.

Mənfidə isə “Maserati” (-46% 37 ədədə qədər), “Mercedes-Benz Maybach” (-29% 179 ədədə qədər), “Aston Martin” (-29% 5 ədədə qədər) və “Bentley” (-23% 138 ədədə qədər) yer alıblar.

Modellərə gəlincə isə, “Mercedes-Benz Maybach S-Class” liderliyini qorumaqda davam etdir.

Bu avtomobildən 179 ədəd satılıb.

İkinci və üçüncü yerləri “Bentley” şirkətinin iki markası tutur: “Continental GT” (77 ədəd), “Bentayga” (61 ədəd).

Bildirilir ki, belə dəbdəbəli avtomobillərin 320 ədədini Moskva, 50 ədədini Moskvaətrafı, 49 ədədini isə Sankt-Peterburq sakinləri əldə ediblər. Qalan 113 ədəd isə digər şəhərlərin payına düşür.

 

Namiq Musayev

https://avtosfer.az/
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN