• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Koronavirusu 99% məhv edən cihaz hazırlandı

Koronavirusu 99% məhv edən cihaz hazırlandı

Yaponiyada koronavirusu məhv edən cihaz hazırlanıb. “Ushio” işıq avadanlıqları firması Kolumbiya Universiteti ilə əməkdaşlıq çərçivəsində ultrabənövşəyi şüalar yayaraq yeni tip koronavirusu məhv edən “Care222” adlı cihaz ərsəyə gətirib.

Cihazın buraxdığı ultrabənövşəyi şüaların insana zərər vermədiyi bildirilir. Çünki “Care222” 254 nanometr dalğa ölçüsündə şüa yayan cihazlardan fərqli olaraq 222 nanometrlik şüa yayır. Virus, bakteriya və mikrobları öldürərkən insan orqanizminə buna görə zərər vermir.

Cihaz koronavirusun ən çox yayıldığı ictimai nəqliyyat, qatar, xəstəxana, lift və ofislərin dezinfeksiya edilməsində dəyərləndiriləcək.

Dezinfeksiya ediləcək sahənin tavanına asılması mümkün olan cihaz 2,5 metr məsafədən havadakı virus və bakteriyaların 99%-ni 7 dəqiqə ərzində məhv edir.

“Kyodo” agentliyinin məlumatına görə, cihazın dünyada bənzəri yoxdur.

Cihazın qiyməti 300 min yendir (2 min 870 dollar). 1,2 kq çəkisi olan “Care222” ilk mərhələdə səhiyyə qurumlarına veriləcək. (Publika.az )

https://www.avtosfer.az/
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN