• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Qanun insandan mənəvi məsuliyyət də tələb edir

Qanun insandan mənəvi məsuliyyət də tələb edir

Avtomobildən küçəyə hər hansı bir əşya, zibil, siqaret kötüyü və s. atmaq qanunla qadağandır. 40 manat da cəriməsi var. Amma bu, inzibatidən başqa insandan bir mənəvi məsuliyyət də tələb edir. Bu əməli törədən sürücülərə ən azı mədəniyyətsiz adı vermək olar. Necə ki, çoxları elə bu cür də deyir.

Oktyabrın 15-də, saat 14:02-də, Səbail rayonu Xanlar küçəsində hərəkət edən “Mercedes” markalı, 90 KO 732 dövlət nömrə nişanlı  avtomobildən küçəyə salofan torba atıblar. Ola bilsin ki, zibili sərnişin atıb və yediyi hansısa məhsulun torbasıdır.

Əlbəttə, bu cür şəxslərə qarşı inzibati tədbir görülməsi mütləq vacibdir. Çünki bu cür məsələlərdə inzibatçılıq olmayanda çoxları elə düşünür ki, məsuliyyətdən yaxa qurtara biləcəklər. Məsələn bir neçə il əvvəl təhlükəsizlik kəməri məsələsinə o qədər də önəm vermirdilər. Lakin cərimənin məbləği qalxdıqdan sonra sürücülərdə məsuliyyət də artıb. 

Küçəyə hər hansı əşyanı atmağa görə sürücünü 40, sərnişini isə 30 manat cərimə gözləyir. Avtosfer.az olaraq videoda əks olunmuş avtomobilin sürücüsünün inzibati şəkildə cəzalandırılmasını istəyirik. 

https://www.youtube.com/watch?v=LPDyAczIqBwскачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN