• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Dünyanın ilk süni intellekt naziri - Müsəlman ölkəsində

Dünyanın ilk süni intellekt naziri - Müsəlman ölkəsində

Strateq.az "Haberturk"e istinadla xəbər verir ki,  Birləşmiş Ərəb Əmirliyinin dövlət başçısının müavini, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid əl Maktumun “Twitter”dən yaydığı məlumata görə, BƏƏ-nin ilk “süni intellekt naziri”  27 yaşındakı Omar bin Sultan əl Olama təyin edilib.
Bundan öncə, Nazirlər Kabinetində gələcəyə görə cavabdeh direktor olaraq işləyən gənc nazirin fəaliyyət sferasına süni intellekt texnologiyası, onun istifadə sahələri və təhlükəsizliyi kimi məsələlər daxil edilib.
BƏƏ ötən günlərdə “2031- süni intellekt strategiyası”nı da paylaşmışdı. Yeni baxışı və strategiyası ilə süni intellektlə bərabər, robotlar, özü özünü idarə edən avtomobillər, pilotsuz hava aparatları və Marsda düşərgə salmaq kimi məsələləri gündəliyinə alan ölkə, 2021-ci ildə kağızla görülən bütün işləri rəqəmsəlləşdirməyi, 2030-cu ildə əmirlikdəki bütün nəqliyyat şəbəkəsinin 25%-ni avtomatlaşdırmağı, 2050-ci ildə istehsal olunan enerjinin 75%-ni təmiz qaynaqlardan əldə etməyi və hatta 2117-ci ildə Marsda koloniya qurmağı hədəfləyir.

Mənbə: pia.az
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN